Prezidentin sərəncamı: yerüstü suların istismarı...
17:08 11.10.2024
Gündəm
369
Azərbaycanda 2027-ci ilin sonuna qədər yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən edilməsi planlaşdırılır.
Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.
Bununla bağlı kompleks hidroloji və hidrogeoloji tədqiqatların aparılması, hidroloji, hidrogeoloji və meteoroloji monitorinq məntəqələrinin genişləndirilməsi və yenilənməsi nəzərdə tutulur.
Bildirilir ki, bu tədqiqatların nəticələri əsasında müvafiq layihə sənədləri hazırlanacaq və monitorinq məntəqələrinin sayı artırılaraq məlumatlar Elektron Su Təsərrüfatı və İnformasiya Sistemə (ESTİS) inteqrasiya ediləcək.
Azərbaycanda bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı, 4,6 milyard kubmetri yerli çay axınları və 13,2 milyard kubmetri transsərhəd yerüstü sulardan ibarətdir.
Bərpa olunan şirin su ehtiyatlarının 17,8 milyard kubmetri (67,9 %-i) yerüstü sulardan formalaşır. Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə Azərbaycanın su ehtiyatları məhduddur və bütün regionun su ehtiyatlarının təxminən 15 %-ni təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir.A
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət