
Aİ missiyasında ABŞ-dən erməni əsilli şəxslər də yer alıb
14:30 12.10.2024
Siyasət
467
Bizdə olan məlumatlara görə, hesabatların böyük hissəsi Azərbaycan tərəfinə verilmir
"Avropa İttifaqının Ermənistan ərazisində yerləşdirilmiş xüsusi missiyasının təxribatçı fəaliyyəti Azərbaycanın maraqlarına uyğun gəlmir". Bu barədə politoloq Turab Rzayev deyib. Analitik bildirib ki, Aİ missiyasında təmsil olunan şəxslərin erməni hərbçilərlə birgə şərti sərhədlərə gəlməsi və Azərbaycan tərəfini müşahidə etməsi Bakıya qarşı təzyiq və təhdid kimi dəyərləndirilə bilər:

"Bununla Aİ missiyası demək istəyir ki, baş verəcək proseslərdə Ermənistanı müdafiə edəcək, İrəvanın yanında yer alacaq və onlara dəstək verəcək. Bu isə Azərbaycana qarşı olmaq anlamına gəlir. Əlbəttə ki, bu, bizim üçün müsbət hal deyil. Digər məsələ odur ki, Ermənistanda yerləşdirilmiş müşahidə missiyasının mandatı yoxdur. Azərbaycan tərəfi Praqa görüşündə razılıq vermişdi ki, missiya cəmi 3 ay müddətinə, 40 nəfər olmaqla fəaliyyət göstərə bilər. Artıq 3 ilə yaxın vaxt keçib, missiyanın tərkibinin sayı isə 1000-i ötüb. Şirkət kimi fərqli yerlərdə özlərinə ofislər açıblar. Söhbət artıq "mülki missiya"dan yox, birbaşa hərbi missiyadan gedir".
Ekspert vurğulayıb ki, tərkibində Fransa jandarmeyası var ki, o da ordunun tərkib hissəsidir: "Həmçinin alman polisi də var. Avropa ölkələrinin xüsusi missiyası adlandırılsa da, orada Kanada da təmsil olunur. Eyni zamanda ABŞ-dən erməni əsilli şəxslər yer alıb. Bu da qəbuledilməzdir. Hesabatlarla bağlı da problemlər var. Bizdə olan məlumatlara görə, hesabatların böyük hissəsi Azərbaycan tərəfinə verilmir. Orada əleyhimizə olan məqamlardan məlumatsız oluruq. Düşünürəm ki, mülki missiyaya xəbərdarlıq edilməlidir ki, onlar mandatlarına uyğun fəaliyyət göstərməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm