İqtisadi artım proqnozlarımızdan daha yüksəkdir -İqtisadçı
10:47 14.10.2024
İqtisadiyyat
726
2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə 92 milyard 829,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verib. Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz, qeyri neft-qaz sektorunda isə 7,1 faiz artıb. ÜDM istehsalının 37,1 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 9102,9 manata bərabər olub.
İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, bu il Azərbaycandakı iqtisadi artım kifayət qədər yaxşı səviyyədədir:
''Hətta, proqnozlarımızdan daha yüksəkdir. Əsas artım tikinti, nəqliyyat-kommunikasiya, iaşə sektorlarıdır. Ümumiyyətlə, qeyri-neft sektorunu inkişaf etdirməklə daha böyük iqtisadi artıma nail olmaq olar. Məsələn,bu il qaz hasilatı artmasına baxmayaraq, neft-qaz sektorunda 0.9 faiz artım müşahidə edilib. Yəni, neft-qaz sektorunun böyümə potensialı çox azdır. Çıxan neftin, qazın həcmini artırsaq da qiymətlərə təsir edə bilmirik. Amma hökümətin qeyri -neft sektorunu inkişaf etdirmək imkanı daha böyükdür. Bu səbəbdən həmin sahəni genişləndirməklə yüksək nailiyyətlər əldə etmək mümkündür. Gələn il isə indikindən daha az artımın olacağı proqnozlaşdırılır. Beləki təqribən 3.3 faizlik artım gözlənilir ki, bu pozitiv hesab edilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə