
Ət yeyərkən buna diqqət edin!
15:51 09.11.2024
Sağlamlıq
703
"Ət keyfiyyətli protein mənbəyidir. Xüsusilə, körpəlik və uşaqlıq dövründə zülal tələbatı artdıqca gündəlik 2-3 tikə ət-toyuq-balıq-hinduşka əti istehlak edilməlidir".
Bu sözləri qida eksperti Fərid Səfərov ''Sherg.az"a açılamasında söyləyib.
Onun sözlərinə görə, yağlı ətlərdə daha çox doymuş yağ, xolesterin olduğu üçün ürək-damar xəstəliyi, diabet, hipertoniya kimi xəstəlikləri olanlar diqqətli şəkildə yağsız qırmızı ət və dərisiz ağ ət (toyuq, hinduşka), balıqlara üstünlük verməlidir:

"Tərkibində "Omeqa-3" yüksək olduğu üçün sağlam qidalanma məqsədilə həftədə ən azı iki dəfə balıq yeyilməlidir. Əti düzgün şəkildə saxlamaq, bişirmək və istehlak etmək önəmlidir.
Baytarlıq nəzarətindən keçmiş ət istehlak edilməlidir. Qeyri-qanuni kəsilmiş ət xəstəlik törədiciləri daşıya bilər və hərtərəfli bişirildikdən sonra yeyilməlidir. Qaynatma və qril kimi bişirmə üsullarına üstünlük verilməli, qızardılmadan qaçınılmalıdır. Ət yeməklərinə yağ əlavə edilməməlidir. Əti qrildə bişirərkən ətlə odun arasında olan məsafə elə tənzimlənməlidir ki, ətin yanması, kömürləşməsinə səbəb olmasın. Əks halda kanserogen maddələr əmələ gələr. Eyni səbəbdən ət çox yüksək temperaturda uzun müddət bişirilməməlidir. Etibarlı yerlərdən alınmalıdır. Dərhal istehlak edilməzsə, soyuqda və ya dondurucuda saxlanmalıdır. Əti tərəvəz və meyvələrlə birlikdə yeməyi unutmayın. Qəbizliyin qarşısını almaq üçün gündə 8-10 stəkan su için. Həzmi asanlaşdırmaq, həzm problemlərini minimuma endirmək üçün əti yaxşıca çeynəyin. Gün ərzində mümkün qədər çox hərəkət edərək həzm sisteminizə kömək edin.
İstehlak etdiyiniz ətin mümkün qədər yağsız olmasına diqqət edin.
Yatmadan 4 saat əvvəl ət istehlak etməməyə çalışın, çünki həzmi çətinləşdirəcək. Ətlə yüksək kalorili içkilər içməyin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı