Səudiyyə Ərəbistanı COP29 çərçivəsində ilk karbon krediti birjasını işə salıb
17:03 12.11.2024
COP29
489
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı karbon kvotalarının ticarəti üzrə ilk birjanı işə salıb.
“Report” xəbər verir ki, bu, inkişaf etməkdə olan ölkələrin karbon neytrallığı məqsədlərinə nail olmaq üçün karbon qiymətlərinin müəyyən edilməsi və ticarət mexanizmlərini gücləndirmək səyləri fonunda baş verir.
Səudiyyə Ərəbistanı Regional Könüllü Karbon Bazarı Şirkətinin (RVCMC) idarə etdiyi birja platforması könüllü karbon bazarının genişləndirilməsi üzrə milli strategiyanın bir hissəsidir.
“COP-dakı mesajımız aydındır: qlobal dekarbonizasiyanın sürətləndirilməsi üçün iqlim layihələri üçün iri miqyasda maliyyə axınını təmin etmək lazımdır. Yüksək dürüstlüyə malik könüllü karbon bazarları bu onillikdə iqlim maliyyələşdirilməsindəki boşluğun aradan qaldırılmasında mühüm rol oynaya bilər. Lakin bazarın potensialını reallaşdırmaq üçün özəl sektorun daha aktiv iştirakına imkan verəcək institusional infrastruktur lazımdır”, - RVCMC-nin baş direktoru Riham Əl-Gizi deyib.
Platformanın açılışında Səudiyyə Ərəbistanı və digər ölkələrdən 22 şirkətin iştirak etdiyi hərrac keçirilib. Hərracda 2020-ci ildən bəri “Verra”, “Gold Standard” və “Puro.earth” sertifikatlı 17 layihədən 2,5 milyon yüksək keyfiyyətli karbon krediti hərraca çıxarılıb. Kreditlərin əksəriyyəti Qlobal Cənub ölkələrindəki, o cümlədən Banqladeş, Braziliya, Efiopiya, Malayziya, Pakistan və Vyetnamdakı layihələrdən daxil olub. Bu, RVCMC-nin Nayrobi və Ər-Riyaddakı tədbirlərdən sonra üçüncü karbon krediti hərracıdır.
Keçən il RVCMC Keniyadakı ikinci hərracda 2,2 milyon metrik ton karbon krediti sataraq Səudiyyə Ərəbistanının karbon sektorundakı mövqeyini gücləndirmək öhdəliyini nümayiş etdirib. Səudiyyə Ərəbistanı və BƏƏ kimi Yaxın Şərq ölkələri könüllü karbon bazarında iştirakını fəal şəkildə genişləndirir.
RVCMC-ni Səudiyyə Ərəbistanının Suveren Dövlət İnvestisiya Fondu (PIF) (80%) və “Saudi Tadawul Group” (20%) dəstəkləyir. PIF Səudiyyə Ərəbistanının iqtisadiyyatı şaxələndirmək üzrə “Vision 2030” planı çərçivəsində günəş layihələri də daxil olmaqla bərpa olunan enerjiyə investisiyalarının əhəmiyyətli hissəsini idarə edir. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı neft gəlirlərindən asılı olaraq qalır və 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq öhdəliyi götürüb.
“Intercontinental Exchange” (ICE) beynəlxalq birjası da regionda karbon bazarı qovşağı yaratmaq üçün Yaxın Şərq şirkətləri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Bu, likvidliyi azaldıb və kompensasiya qiymətlərinin aşağı düşməsinə səbəb olan bəzi karbon layihələrinin və kreditlərinin keyfiyyətsizliyinə görə könüllü karbon bazarına yönəlmiş tənqidlər fonunda baş verir. Bununla belə, keyfiyyətli təşəbbüslərlə bir çoxları bazara inamı bərpa etməyə ümid edir.
“S&P Global Commodity Insights”a daxil olan “Platts”ın məlumatına görə, 11 noyabr tarixinə karbon kreditlərinin dəyəri məişət cihazlarından alınan kompensasiyalar üçün bir metrik tona görə 3,85 ABŞ dollarından karbontutma texnologiyalarından alınan kompensasiyalar üçün bir metrik tona görə 125 ABŞ dollarına qədər dəyişə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq