Muxtar Babayev: Azərbaycan iqlim dəyişikliyi və quraqlığa qarşı mübarizə aparacaq
Yusif Nəzərli
07:32 13.11.2024
COP29
516
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası çərçivəsində "İqlim dəyişmələrinin su hövzələrinin azalmasına mənfi təsirləri" mövzusunda panel müzakirə keçirilib.
APA xəbər verir ki, tədbirdə ötən il planetimizdə 24 milyon insanın su çatışmazlığından əziyyət çəkdiyi deyilib.
Azərbaycan hökumətinin bu qlobal problemə diqqəti yüksək qiymətləndirilib. COP29-un nəticəsiz olmayacağı bildirilib.
COP29-un Prezidenti Muxtar Babayev çıxışı zamanı deyib ki, Azərbaycan Kolumbiya və Səudiyyə Ərəbistanı ilə birlikdə həm iqlim dəyişikliyi, həm də quraqlığa qarşı mübarizə aparacaq:
"Bu gün iqlim dəyişikliyi ilə bağlı hesabatlar planetimizin bu sahədəki vəziyyətini göstərir. Su bu problemlərin həllinin açarıdır. COP29-un Prezidentliyi dövründə biz Pakistanda faciəvi daşqınların şahidi olduq. İqlim dəyişikliyinin fəsadları Azərbaycanda da özünü göstərir. Tək Azərbaycan yox, digər Xəzəryanı ölkələr də dənizin bu vəziyyətindən narahatdır. Ötən il planetdə qeydə alınan istilər nəticəsində son 50 ildə buzlaqların ən yüksək dərəcədə ərimə prosesi qeydə alınıb. Burada iştirak edən bütün təşkilatlara təşəkkür edirik. Biz fəaliyyətimizin ardıcıllığını təmin etmək üçün Bakı təşəbbüsünü işə salacağıq".
Sonda Muxtar Babayev bütün iştirakçı ölkələri iqlim dəyişikliyinin zərərli təsirlərinin aradan qaldırılmasına yönələn səyləri daha da aktivləşdirməyə çağırıb.
Tədbir mətbuata qapalı davam etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq