COP Sədrlikləri Üçlüyünün yüksək səviyyəli dialoqu keçirilib
Yusif Nəzərli
07:45 13.11.2024
COP29
560
Bu gün COP29 konfransi çərçivəsində “COP Sədrlikləri Üçlüyünün yüksək səviyyəli dialoqu: "Ortaq rifahın gələcəyinə doğru Missiya 1.5 üçün Yol Xəritəmiz” adlı tədbir keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev, COP30-a ev sahibliyi edəcək Brazilyanın Ətraf Mühit və İqlim Dəyişikliyi Naziri Marina Silva, COP 28-in Baş İcraçı Direktoru Adnan Amin, Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yalçın Rəfiyev iqlim məqsədlərində ölkələrin bir-birlərini dəstəkləməklə, gələcək COP-lar üçün möhkəm və təsirli bir gündəliyi təmin edilə bilinəcəyini vurğulayıb:
“Bu gün biz indiyə qədər əldə etdiyimiz tərəqqi üzərində düşünəcəyik, qarşımızda duran maneələr haqqında fikirlərimizi bölüşəcəyik və öhdəliklərimizi bir daha təsdiq edəcəyik. İqlim fəaliyyəti üçün bu həlledici onillikdə hərəkət edərkən açıq dialoq, konstruktiv düşüncələr və ortaq baxış üçün məkanı inkişaf etdirməyi hədəfləyirik”.
Daha sonra çıxış üçün söz alan Adnan Amin COP Sədrlikləri Üçlüyünün yaradılma məqsədləri barədə danışıb:
“Aydındır ki, COP28 və COP30 arasındakı bu üç illik dövr Paris Sazişinin ambisiyalarına cavab verə biləcəyimizə və Dubayda hamımızın əldə etdiyimiz razılaşmaya nail olmağımıza kömək edəcək. Biz son bir ildə çox sıx əməkdaşlıq etmişik”.
COP29-un uğurlu təşkilinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edən COP30-a ev sahibliyi edəcək Brazilyanın Ətraf Mühit və İqlim Dəyişikliyi Naziri Marina Silva əsas məqsədin qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq və qlobal dayanıqlığı gücləndirmək olduğunu vurğulayıb:
“İqlim tədbirlərinin miqyası və sürəti təhlükənin miqyası və sürətinə uyğun gəlmir. Təcili olaraq ambisiyalarımızı artırmağımız vacibdir. Bizə daha çox maliyyə lazımdır. Bizə dəstək olmaq üçün inkişaf etmiş ölkələr tərəfindən texnologiya və potensialın yaradılmasına çıxış lazımdır”, - deyə xanım Marina Silva qeyd edib.
Tədbir daha sonra mövzu üzrə dəyirmi masa və müzakirələrlə davam edib. Müzakirələrdə UNFCCC-nin İcraçı Katibi Saymon Stiel, Ruandanın Ətraf Mühit Naziri Valentin Uvamariya iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq