Elm və Təhsil Nazirliyində "Strateji kommunikasiya" mövzusunda təlim keçirilib
Yusif Nəzərli
21:29 20.12.2024
Cəmiyyət
403
Elm və Təhsil Nazirliyi (ETN) və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı ilə elm və ali təhsil üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya işinin təşkilinə dair “Strateji kommunikasiya” mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, ETN-nin aparat rəhbəri Mətin Kərimli elm, ali və orta ixtisas təhsil müəssisələrində çalışan əməkdaşlar üçün təlimlərin əhəmiyyəti, eləcə də daxili kommunikasiyanın qurulması və böhran kommunikasiyasının düzgün təşkilinin önəmini vurğulayıb.
EATDA-nın direktoru Ülkər Səttarova elm və təhsil müəssisələrinin media ilə iş və ictimaiyyətlə əlaqələr sahəsində prioritet istiqamətləri barədə danışıb və iştirakçıların suallarını cavablandırıb.
Təlimdə ictimaiyyətlə əlaqələr üzrə ekspertlər Vəli Əlibəyov və Emin Hüseynzadə iştirakçılara daxili kommunikasiyanın təşkili, effektiv mesaj hazırlamaq, əks əlaqənin təşkili, eləcə də hədəf kütləsi üçün təsirli hekayənin hazırlanması mövzusunda məlumat veriblər.
Növbəti sessiyalarda media və kommunikasiya üzrə ekspert Vüqar Zifəroğlu KİV ilə münasibətlər, media üçün kontentin hazırlanması, media vasitəsilə xidməti məlumatların çatdırılması formaları, vizual kommunikasiyalar üzrə ekspert Fərid Rzazadə vizual elementlərin hekayəyə daxil edilməsi, rəqəmsal media üzrə ekspert Şəfəq Mehrəliyeva isə kommunikasiya planın hazırlanması mövzularında təlim keçiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya