
Politoloq: Qərbin Rusiyaya sanksiyaları da işə yaramır
Yusif Nəzərli
04:13 21.12.2024
Dünya
465
ABŞ Ukrayna müharibəsindən geri çəkilərsə, beynəlxalq müstəvidə mövqeyi zəifləyəcək
"ABŞ Dövlət katibi A.Blinken Ukraynanın müharibəni davam etdirmək, yaxud danışıqlar aparıb, atəşkəsə getmək hüququnun olduğunu açıqlayıb. ABŞ rəsmisinin bu mövqeyi kifayət qədər ziddiyətli və Kiyevi döyüş meydanında Rusiyaya təslim etməkdir".
Bunu "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Rusiya və Ukrayna 2022-ci ilin mart və aprel ayında İstanbulda Türkiyənin vasitəçiliyi ilə danışıqlar apardı:

"Ortada "İstanbul razılaşması" var idi. Bu razılaşmanı hər iki tərəf qəbul etmişdi. Amma ABŞ və Böyük Britaniya Ukraynanı "İstanbul razılaşmasından" geri çəkdilər. Bu da müharibənin davam etməsinə və danışıqlar prosesinə son verdi. Cozef Bayden gedərkən 1.6 milyard dollar Ukraynaya hərbi yardım ayırıb. Göründüyü kimi, Ukraynaya vaxtında lazımi hərbi yardımlar etmədən gedən Bayden administrasiyası uğursuz xarici siyasətlə tarixdə qalacaq. Məhz Bayden administrasiyası vaxtında Rusiyanın Ukraynaya hərbi işğalının qarşısını ala bilərdi. Həmçinin müharibənin bir ilində belə bir imkan var idi. Bayden administrasiyası zəiflik göstərərək, yalnız Rusiya qoşunlarını Şərq istiqamətində durdu".
Analitik vurğulayıb ki, Rusiya öz hərbi imkanlarını inkişaf etdirib və Qərbə qarşı kifayət qədər müqavimət göstərir:
"Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar da işə yaramır. ABŞ Ukrayna müharibəsindən geri çəkilərsə, beynəlxalq müstəvidə mövqeyi zəifləyəcək. Avropa ölkələri arasında konsensus əldə edilərsə, yalnız bu şəkildə Rusiyanı Ukraynadan çıxara bilərlər. ABŞ-nin yeni Prezidenti Tramp Ukraynaya hərbi yardımları dayandırsa, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya Rusiyaya qarşı yeni hərbi koalisiya qurula bilər. Bu da NATO Alyansının dağılmasına gətirib çıxara bilər. Hazırkı qeyri-müəyyən bir mərhələdə Rusiya Ukraynanın şərqində yeni ərazilər ilhaq edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya