Rusiyada qəzaya uğrayan təyyarənin pilotları sağ tapılıb - YENİLƏNİB
Yusif Nəzərli
07:30 22.12.2024
Hadisə
444
Rusiyanın Kamçatka ərazisində qəzaya uğrayan təyyarənin pilotları sağ tapılıb.
APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, zərərçəkənlər susuzluqdan ölməmək üçün vedrədə yanacaq yandıraraq, qarı əridiblər, beləliklə üç gün isiniblər.
Qeyd edək ki, AN-2 təyyarəsi Milkovo-Ossora marşrutu üzrə uçub. Təyyarədə iki pilot (68 yaşlı PİK Andrey Qordeev və 71 yaşlı pilot Nikolay Şeqlov), həmçinin yükü müşayiət edən 25 yaşlı Andrey Mitasov olub.
Təyyarə dekabrın 19-u səhər saatlarında havaya qalxıb. Pilotların sözlərinə görə, hava yaxşı olub və bütün xidmətlər də əlverişli hava şəraitini təsdiqləyib. Ancaq təxminən 4 saatlıq uçuşdan sonra (o vaxta qədər onlar təxminən 300 kilometr uçmuşdular) təyyarə qəfildən buzlanmağa və sürətini itirməyə başlayıb. Pilotlar uçuş aerodromuna tərəf dönməyə çalışsalar da, buna vaxt çatmayıb. Nəticədə təyyarə Tundra dağı yaxınlığında sərt eniş edib. Eyni zamanda, eniş zamanı təyyarə çevrilib və ekipaj üzvlərindən biri yükün altında qalıb.
Xoşbəxtlikdən zərərçəkənlər təcili radio mayakını yandıra biliblər. Yemək üçün iki çörək və bir az kolbasa olub. Pilotlar isinmək üçün təyyarədə olan vedrədə yanacaq yandırıblar. Onların su ehtiyatları yox idi, buna görə, qarı əritməli olublar.
Dekabrın 22-də səhər saatlarında nəhayət ki, itkin düşənlər tapılıb. Onlar Milkovo xəstəxanasına aparılıblar. Zərərçəkənlərə kəllə-beyin travması və hipotermiya diaqnozu qoyulub, həyatları təhlükədə deyil.
***
19 dekabr, saat 09:43
Rusiyanın Kamçatka vilayətində “An-2” yük təyyarəsi radarlardan itib.
APA-nın “TASS”a istinadən xəbərinə görə, bu barədə vilayətin fövqəladə hallar naziri Sergey Lebedev sosial şəbəkədəki hesabında yazıb.
O, hava gəmisinin “Milkovo – Osora” marşrutu üzrə hərəkət etdiyini, ilkin informasiyaya görə, göyərtəsində sərnişinlərin olmadığını qeyd edib. S.Lebedev bildirib ki, hazırda bölgədə axtarış-xilasetmə əməliyyatı başlayıb.
Nazir əraziyə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Mi-8” helikopterinin göndəriləcəyini də açıqlayıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya