Zaqatalada odun sobası yanğına səbəb olub
Yusif Nəzərli
08:51 22.12.2024
Hadisə
425
Zaqatalanın Uzuntala kənd sakininə məxsus 8 otaqlı yaşayış evi yanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib.
Səhər erkən saatlarında rayonun Uzuntala kəndində fərdi yaşayış evində yanğınla bağlı məlumat daxil olub. Kənd sakini Kamal Qarayevə məxsus, ümumi sahəsi 240 kvadratmetr olan yaşayış evində yanğının söndürülməsinə Zaqatala ilə yanaşı, Balakən rayonundan da texnika və canlı qüvvə cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində mənzilin tamamilə yanmasının qarşısı alınıb. Belə ki, evin dam örtüyü və iki otağın yanar kontraksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimallara görə, yanğına odun sobası borusunun bacada qızması səbəb olub.
Baş vermiş yanğınla bağlı müvafiq qurum tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya