
İrəvanın regonda son "nəfəsliyi": Nikol İranı ABŞ-nin ayağına verməyəcək
11:59 16.01.2025
Region
615
Hər bir ölkənin İrana qarşı müharibədə hansı mövqe tutacağına qərar verməsinin vaxtı çatıb. Paşinyan da öz qərarını verib və şübhəsiz ki, o və qrupu İrana qarşı müharibə üçün Ermənistanın bütün resurslarını səfərbər edəcək.
Bu sözləri erməni ekspert Ayk Nahapetyan yerli mediaya müsahibəsində deyib.
O bildirib ki, İran yaxşı silahlanıb, ballistik və uzaqmənzilli hipersəs raketlərinə malikdir:
“İran İraq deyil. İranı işğal etmək və orada quru hərbi əməliyyat keçirmək üçün 1 milyon əsgər lazımdır və bu, 5-6 ay çəkəcək. Blinken “Gələn həftə Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək” deyərkən, komissiyanın bu işləri sürətləndirmək üçün Ermənistana gələcəyini nəzərdə tutub”, - o bildirib.
Nahapetyanın sözlərinə görə, Paşinyan Zəngəzurun qapılarını ilk növbədə hərbi baxımdan açıb və rus qoşunlarını da oradan çıxarması təsadüfi deyil.
Siyasi şərhçi Həşim Səhrablı"Sherg.az"a bildirib ki, Ermənistan və ABŞ arasında strateji əməkdaşlıqla bağlı imzalanan müqavilənin heç də İrana qarşı olduğunu düşünmür:

"Antoni Blinken və Arorat Mirzoyan arasında imzalanan müqavilə Rusiya təhlükəsini azaltmaq və sabitləmək üçün atılan addım idi. Ermənistan Baş naziri ABŞ-ı Cənubi Qafqaza gətirərək öz havadarlarını burada hakim mövqeyə qaldırmaq və öz maraqlarını onların əli ilə təmin etməyə çalışır. Eyni zamanda Nikol Paşinyanın Rusiya ilə zidd nöqtələrdə dayanması, Azərbaycan və Türkiyə ilə onsuz da tarixdən davam edən düşmən siyasətini davam etdirməsi məlumdur. Bu fonda onu Cənubi Qafqazda qoruya biləcək və regionda son "nəfəslik" rolunu oynayan tək dövlət İrandır. Ermənistan tərəfi özünün regional maraqlarını xilas etmək üçün rəsmi Tehrana müəyyən mənada ehtiyac duyur. Buna görə də Paşinyanın İrana qarşı addımlarda iştirak etməsi mümkün deyil. Digər tərəfdən İran hər nə qədər Ərəb dövlətləri, Türkiyə, Pakistan və Azərbaycanla ziddiyyətlər içərisində olsa da, məhz hücum təhlükəsini ilk növbədə ABŞ-dan gözləyir. Donald Tramp bunu birbaşa etməsə də, İsrailin əli ilə olacağı yönündə həm dünya, həm də İran mətbuatında xəbərlərlə qarşılaşırıq. Əgər bu, baş versə, İsrail Yaxın Şərqdəki təsir dairəsini artıra bilər".
Şərhçinin sözlərinə görə, Ermənistan tərəfi heç vaxt istəməz ki, onu dəstəkləyən və havadarı kimi çıxış edən İran rejimi məğlub olsun:
"Üstəlik, ona qarşı bir sıra addımlarda yer almış, xüsusilə Azərbaycanınla münasibətləri hərbi-siyasi baxımdan yaxşı olan İsrail rejiminin qalib gəlməsini arzu etməz. Hətta Ermənistan ABŞ-yə əsaslandıra da bilər ki, biz Rusiya siyasətində sizinlə ortaq fikirlərə sahib olsaq da, Yaxın Şərqdə tərəf seçməmiz bizim maraqlara ziddir. Bununla da Paşinyan tərəf seçmə təhlükəsini özündən sovuşdurar. Çünki Nikol İrana qarşı gələrsə və rəsmi Tehran da münaqişədən sağ çıxarsa, o zaman Ermənistana olan mövqeyini dəyişdirər. Məhz bu halda Ermənistanın varlığından belə danışa bilməyəcəyimiz situasiyaya səbəb ola bilər. Ümumiyyətlə Paşinyan Rusiyaya qarşı Qərblə nə qədər ortaq maraqlara maraqlıdırsa, İran siyasətində də tərəfsiz olmaqdan yanadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə