Məşhur vulkan yenidən püskürdü

İndoneziyanın Halmahera adasındakı Dukono vulkanı püskürməyə başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Antara agentliyi məlumat yayıb. Bildirilib ki, Vulkan 2 kilometr yüksəkliyə kül sütunu atıb.
 
Səlahiyyətlilər yerli sakinləri Dukono zirvəsindən 4 kilometr radiusda olan əraziyə getməməyə və vulkanın ətrafında yaşayan insanlara külün yaratdığı təhlükələrdən qorunmaq üçün açıq havada olarkən maskalar taxmağa çağırıb.