İsrail ordusuna İrana mümkün hücumla bağlı hazırlıqları artırmaq tapşırılıb - İDDİA


İsrail Təhlükəsizlik Kabinetinin orduya İrana qarşı mümkün hücumla bağlı hazırlıqları gücləndirmək tapşırığı verdiyi iddia olunur.

Sherg.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi İsrail mediasına istinadən məlumat yayıb.

İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, Təhlükəsizlik Kabineti bir aydan çoxdur toplanmasa da, orduya müvafiq göstəriş verib. Bildirilir ki, bu tapşırıqlar yeni hərbi qarşıdurmaya səbəb ola bilər.

ABŞ Prezidenti Donald Trampın İrana yenidən hücum etməyə ehtiyac olmadığı barədə açıqlamalarına baxmayaraq, İsrailin təhlükəsizlik mənbələri ordunun mümkün əməliyyata hazırlaşmaqda davam etdiyini bildiriblər.

Qeyd edək ki, “Yedioth Ahronoth” qəzeti Təhlükəsizlik Kabinetinin bir aydan artıq fasilədən sonra bazar günü toplanacağını yazıb.