ABŞ-də mətbuata zərbə: Kimin nə yazacağına o qərar verəcək
15:13 26.02.2025
Gündəm
381
Ağ Evdən bildiriblər ki, Prezident Donald Trampın fəaliyyətini işıqlandıran mətbuat cameəsinə hansı media təşkilatlarının və müxbirlərin buraxılmasına şəxsən Tramp özü nəzarət edəcək. Ağ Evin mətbuat katibi Karolin Leavit brifinqdə deyib ki, administrasiya Hərbi Hava Qüvvələri kimi xüsusi bölgələrə hansı müxbirlərin girəcəyini müəyyən edəcək.
Sherg.az xəbər verir ki, Ağ Ev Müxbirləri Assosiasiyası bu qərara reaksiya verərək, ABŞ-də azad mətbuatın müstəqilliyinə zərbə vurulduğunu bildiriblər.
Media təmsilçilərinin müstəqil birliyi olan Ağ Ev Müxbirləri Assosiasiyası 10-dan çox müxbirin Prezidentin fəaliyyətini yaxından işıqlandırmasını təmin edir. Karolin Leavit Ağ Ev Müxbirləri Assosiasiyasının administrasiyada "monopoliyaya sahib olmamalı olduğunu" deyib.
Bu qərar ABŞ hökumətinin "Associated Press" (AP) Xəbər Agentliyinin Trampın Meksika körfəzinin adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsi tələbinə müqavimət göstərməsindən bir gün sonraya təsadüf edib. Keçən ay Trampın Meksika Körfəzinin adının dəyişdirilməsi ilə bağlı sərəncamından sonra AP, öz hesabatlarında körfəzin uzun müddətdir mövcud olan adından istifadə etməyə davam edəcəyini bildirmişdi. Ağ Ev isə Xəbər Agentliyini “məsuliyyətsiz və vicdansız xəbər verməkdə” ittiham edərək, həssas bölgələrə girişini qadağan etmişdi.
Xəbər Agentliyi iddia edib ki, Konstitusiya hökumətin azad sözə məhdudiyyət yaratmaq cəhdinin qarşısını alır. Ağ Ev isə öz qərarı ilə qanunvericiliyi pozur: "Bu qərar “ABŞ-də azad mətbuatın müstəqilliyinə xələl gətirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual