Əgər hərbi əməliyyatlar dayandırılacaqsa, ən pis nəticə... - Starmer
Yusif Nəzərli
15:55 26.02.2025
Gündəm
422
Əgər hərbi əməliyyatlar dayandırılacaqsa, bütün nəticələrdən ən pisi bunun davamlı sülhdən daha çox qısa bir fasilə olacağıdır.
Sherg.az xəbər verir ki, bu sözləri Böyük Britaniya baş naziri Kir Starmer parlamentdə müxalifətlə müzakirəsi zamanı deyib. Böyük Britaniya müxalifəti hökumət rəhbərinə maliyyələşdirmə və Ukraynaya dəstək planları, o cümlədən Britaniya qoşunlarının potensial yerləşdirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirməsi üçün təzyiq edib. “Biz hələ də pulun haradan gəldiyini bilmirik”- deyə müxalif partiyadan olan deputat bildirib. "Biz onu dəstəkləmək istəyirik, lakin nəyi dəstəklədiyimizi dəqiq bilməliyik. Bizə pulla bağlı aydınlıq və şəffaflıq lazımdır."
Kir Starmer Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayaraq, "Əgər hərbi əməliyyatlar dayandırılacaqsa, bütün nəticələrdən ən pisi bunun davamlı sülhdən daha çox qısa bir fasilə olmasıdır" dedi. O, əlavə edib ki, “ABŞ-nin dəstəyi olmalıdır, çünki əks halda bunun Putini çəkindirəcəyini düşünmürəm”.
Bununla belə, müxalifət Ukraynanın maliyyələşdirilməsinin Böyük Britaniyanın müdafiə büdcəsinə təsir edib-etməyəcəyini şübhə altına alıb. Starmer cavab olaraq, "Dünən elan etdiyim əlavə xərclər müdafiə və təhlükəsizlik imkanlarımız üçündür" deyib. Buna baxmayaraq, müxalifət təfərrüatlı təkliflər və maliyyə şəffaflığı tələb etməkdə davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya