
Relsli nəqliyyatın inkişafına investisiyalar artırılacaq -RƏY
Yusif Nəzərli
08:16 16.03.2025
Ölkə
786
Yeni qatarların alınması, mövcud dəmiryol şəbəkəsinin genişləndirilməsi, piyada infrastrukturunun yaxşılaşdırılmasına diqqət ayrılacaq
Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin vaxtında icrasını, həmçinin bu istiqamətdə aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsinin təmin etmək məqsədilə əsas və digər icraçı olan orqanların (qurumların) səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış İşçi qrupun iclası keçirilib. NK-dan verilən xəbərə görə, Dövlət Proqramında ümumilikdə 66 tədbirin icrası nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində 2025-2030-cu illər ərzində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, avtomobil yollarının, yol qovşaqlarının və ötürücülərinin tikintisi, avtomobil yollarının genişləndirilməsi və yenidənqurulması, 10 yeni metro stansiyasının tikintisi və mövcud stansiyaların yenidən qurulması, yeni vaqonların alınması və metro şəbəkəsinin genişləndirilməsi, dəmir yolu nəqliyyatı üzrə mövcud şəhərətrafı xətlərin təkmilləşdirilməsi, yeni xətlərin bərpası, yeni sərnişin qatarlarının alınması, ümumi istifadədə olan avtomobil nəqliyyatı üzrə elektrik mühərrikli avtobusların alınması, piyada infrastrukturu və təhlükəsizliyi üzrə tədbirlərin icrası həyata keçiriləcək. İclasda Dövlət Proqramının Tədbirlər Planı üzrə göstərilən məsələlər üzrə tədbirlər və bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi vəziyyəti ilə bağlı müzakirələr aparılıb. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə qurumlararası əlaqələndirilmənin, tədbirlərin icrasının vaxtında yerinə yetirilməsi və nəzarətin təmin edilməsi üçün aparılacaq monitorinq və qiymətləndirmədə rəqəmsal tətbiqin təmin ediləcəyi barədə məlumat verilib. İclasın yekununda İşçi qrup tərəfindən müzakirə edilən məsələlərə dair Dövlət Proqramı üzrə müəyyən edilmiş əsas və digər icraçı dövlət orqanlarına (qurumlarına) müvafiq tapşırıqlar verilib.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bu, çox yaxşı xəbərdir:

- Mən xüsusilə relsli nəqliyyatın inkişafına investisiyaların artırılacağı, yeni 10 metrostansiyanın tikiləcəyi, yeni qatarların alınması, mövcud dəmiryol şəbəkəsinin genişləndirilməsi, piyada infrastrukturunun yaxşılaşdırılmasına diqqət ayırardım. Hesab edirəm ki, bu istiqamətdə aktiv işlər görüləcək. Həmçinin də bu infrastrukturun daha əlçatan olması üçün də lazımi işlər icra olunmalıdır. Piyada infrastrukturu varsa, piyadaların üstünlüyü təmin olunmalıdır, işıqfor seksiyalarında bu öz əksini tapmalıdır, qısa keçidlər təmin olunmalıdır. Əgər metro, dəmir yolundan danışırıqsa, stansiyaların əlçatanlığı, inteqrasiyası təmin olunmalıdır ki, bir stansiyadan digərinə rahat keçid mümkün olsun. Belə olduğu halda hərəkətlilik transformasiyası baş verəcək. Bu gün daha çox fərdi nəqliyyatla hərəkət ediriksə, yeni imkanlar yaradıldığı təqdirdə vərdişlər və prioritetlər dəyişərək fərqli nəqliyyat növlərinə yönələcək. Yol tikintisi məsələsində dairəvi yolların tikintisi önəmlidir. Şəhər ərafında dairəvi yollar tikiləcəksə, bu, şəhərə daxil olmadan sürətli hərəkəti təmin edəcək. Loqistika üçün də bu vacibdir. Abşeronda müəyyən limanlar var ki, ora gələn yüklərin fasiləsiz daşınması prioritet olmalıdır. Limanlara gələn yüklərin fasiləsiz daşınması üçün yük trafiki ilə sərnişin trafikinin bir-birindən ayrılması vacibdir, bu istiqamətdə işlər görülməlidir. Bu işlərin görülməsi Bakı-Sumqayıt arasındakı hərəkətlilikdə daha nizamlı qrafikin təmininə və insanların daha sürətlə, tıxac görmədən hərəkət etməsinə gətirib çıxarar".
Planlaşdırılan işlərin 5 il ərzində icrası mümkün olacaqmı” sualına cavabında R.Ağamirzəyev bildirdi ki, Dövlət Proqramının icrası üçün investisiya nəzərdə tutulub:
- Bu cür geniş tərkibli iclas keçirilibsə, deməli, hökumətin yanaşması ciddidir. İcra zamanı fərqli ssenarilərdə müddət dəyişə bilər. Tikinti özündə gözlənilməz halları da ehtiva edir. Əsas niyyətdir. Niyyət olduqdan sonra ona uyğun investisiya da tapılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya