Tapdıq ƏLİBƏYLİ yazır : - Pirani ocağında
09:39 19.03.2025
Ədəbiyyat
567
Borçalı elləri aran, dağ, bağlı,
Əzəldən soy-kökə, saz-sözə bağlı,
Qayası, dərəsi, düzü sığallı...
Dindi misra-misra könül rübabım.
Misra-misra dinən könül rübabımın avazı ilə süslənmiş havasat-havacatda, dörd çilləni qarşılayıb yola salmaqda olduğumuz bir çağda ulu Borçalının Qızılhacılı el ağsaqqalı, üzü nurlu, sözü dürlü Almaz Əhməd oğlu Mustafayevə ömür təqviminin 95 illiyi münasibətilə novruz ovqatında söz sovqatı ünvanlamaq keçdi könlümdən. O Almaz kişi ki, nəvəm Əlinin anasının babasıdır... İyirmi iki mart təvəllüd günüdür. Düşüncələrimə müqəddimə də qoy elə bahar müjdəli misralarım olsun:
Novruz gülü baş qaldırır,
Tumurcuqlar muncuqlanır.
Kövrək-kövrək qımıldanır,
Hər gələndə bahar dəmi.
Şamlar yanır ulduz-ulduz,
Bayram edir bütün Oğuz,
Bu işığa ümid sonsuz...
Üzə gülür tər səməni.
Gur çatılsın tonqalımız,
Yansın odda dərd-ağrımız.
Xonçalanıb ocağımız,
Yola salıb dörd çilləni.
Enişli-yoxuşlu, açılı-şirinli ömür yolu keçən, neçə-neçə çillə adlayan Almaz kişininin həyat qayəsini şərtləndirən halalıq, zəhmət olub ki, bu cəhət də onu el ağsaqqalı ucalığına yüksəldib.
Ucalıq - leksik məna palitrasında müstəqim, məcaz və rəmz çalarları ilə zəngin olan bir məfhumdur. Obrazlı desək, batindən hikmət boy verən sözdür. İlkin olaraq Yaradanın "əlamətini" ehtiva edir.
Ucalıq Tanrı timsalında "Kitabi-Dədə Qorqud" da belə ifadə olunur:
Ucalardan ucasan, uca Tanrım!
Kimsə bilməz necəsən, görklü Tanrım!
Ucalığı özündə ehtiva edən bir yaşantı və mənəvi dəyər də Dədəlik yolunu şəxsiyyətində ehtiva edən ağsaqqal və ağsaqqallıq məqamıdır. Ağsaqqal-keçilən ömür yolunun zaman məsafəsi ilə ölçülürsə, ağsaqqallıq isə keçilən yolun örnəkliyi ilə şərtlənir. Bu həqiqətin işığında qayım-qədim Borçalı elinin Qızılhacılı el ağsaqqalı Almaz Əhməd oğlu Mustafayevin pirani ocağında da olduq. Qardaşlarla-el sevgisi qazanmış pirani məqamlı Almaz kişi, sabiq dövlət qulluqçuları, Kolayırın el ağsaqalları Teymur müəllim və Ramiz müəllimlə milli-mənəvi dəyərlər fonunda həmsöhbət olarkən "Ağsaqqal - sabaha Dədəlik yolu" ifadəsinin ehtiva etdiyi dəyər, qutsallıq düşüncələrimizə hakim oldu.
Ağsaqqal - sabaha Dədəlik yolu,
Bir elin, ulusun ehtiram tacı.
Ədəb-ərkanı da özütək ulu,
Haqdır, ədalətdir məslək, inancı.
Ağsaqqal çağrılır kimi yaş ilə,
Saqqalın ağlığı üzüağ deyil...
Batmanlıq ölçülür, qardaş, baş ilə,
Həqiqəti demək üzə ağ deyil.
Batman kişilərin üzü nurludur,
Baharı nəğməli, qışı nağıldır.
Ağsaqqal kəlməsi, sözü dürlüdür,
Əxlaq hüsniyyəti kamal, ağıldır.
Hər nəyin, hər nəyin zirvəsi varsa,
Ömrün yaş zirvəsi bəlkə də, yoxdu.
Ömrün bahar, payız cilvəsi varsa,
Ürəkdə çağlayan arzular çoxdu.
Nurdan yoğrulubdu dədə öyüdü,
Tanrıya bağlanan qəlb sevgi dolu.
Ulu Dədə Qorqud mərdləri öydü,
Ağsaqqal - sabaha Dədəlik yolu.
Qızılhacılıda olduğum günlərdə Almaz kişi ilə hər söhbətimizdə sanki "Köhnə kişilər"in prototipi ilə üz-üzəydim...
Hopub yaddaşıma el qeyrətiylə:
Elə ki düşürdü eldə xeyir-şər,
Canıyananlıqla, el adətiylə
Qabağa düşərdi köhnə kişilər...
Hardan maya tutdu görən bu söhbət:
"Kişilər atların çapıb getdilər"...
Bu günə şərəfdir dünənə hörmət,
Oğullar kök üstə dürüst bitiblər.
Kişilər atların çapmayıb hədər,
İz qoyub, söz qoyub, yola dönüblər.
Bu yolda oğullar daim irəllər,
Özək pöhrəsində qola dönüblər.
Sözü-özü bütöv yenə kişilər.
Hansı ki gəlibdi kişi belindən.
Bu günə örnəkdir köhnə kişilər,
Ancaq yaxşılıqlar gəlib əlindən.
Ömrünün pirani çağında olan batman Kişi, qayəsi, məramı işıqlı, müdrik Ağsaqqalımıza dərin sayğı və ehtiramdan yoğrulmuş ithaf söz çələngimlə ömür təqviminin yeni ili qutlu olsun deyirəm.
Borçalımız qaim-qədim gülzarım,
Qızılhacılıya düşdü güzarım.
Ruhumda kökləndi sədəfli sazım...
Oldum ocağında Almaz kişinin,
Yaşandı sevinci bu gəlişimin...
Ağır oturmağı, batman gəlməyi,
Bığaltı qımışıb narın gülməyi,
Həyat sınağına sinə gərməyi...
Təbimi coşdurdu, eynimi açdı,
Pirani çöhrəsi günəş tək saçdı...
Heç vaxt köhnəlməyən köhnə kişilər
Öndədir düşəndə eldə xeyir-şər,
İndi nə gündə də olsa da bəşər,
Yenə sözübütov, xisləti ərən -
Əyrini əyritək, düzü düz görən...
Lüzumsuz bir kəlmə danışmaz belə,
Sahibdir əmələ, həm də dilinə,
Əzəldən bağlıdir Oğuz elinə.
Almaz kişini bax beləcə gördüm,
Sözdən şərəfinə bir çələng hördüm!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi