
Tramp müharibəni dayandırmaq gücündə deyil - ŞƏRH
Yusif Nəzərli
00:37 08.04.2025
Siyasət
390
Hardasa 65-ə yaxın ölkə Rusiya-Ukrayna müharibəsində birbaşa, yaxud dolayı yolla iştirak edirlər
Vaşinqton Rusiya Silahlı Qüvvələrinin Ukraynanı bombalamağı dayandırmasını istəyir. Bunu ABŞ Prezidenti Donald Tramp bunu “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib. ABŞ dövlət başçısı müharibədə böyük itkilərin olduğuna işarə edərək, vaxtilə prezident olsaydı, bunun qarşısını ala biləcəyini bir daha bəyan edib. Qeyd edək ki, aprelin 6-da Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə irimiqyaslı raket zərbələri endirib. Hücumlar nəticəsində Kiyevin Darnits, Obolonsk və Solomensk rayonlarında yanğınlar başlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Vladimir Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir. Onun sözlərinə görə, Putin atəşkəs ideyasını dəstəkləyir, lakin bunun baş verməsi üçün bir neçə məsələnin həlli lazımdır. Kremlin sözçüsü qeyd edib ki, Prezident Putin, həqiqətən də, atəşkəs zərurəti ideyasını dəstəkləyir: "Lakin buna qədər bir sıra suallara cavab tapmaq lazımdır. Bu suallar havadan asılı qalıb və hələ heç kim onlara cavab verməyib". Peskov izah edib ki, burada söhbət Ukrayna hakimiyyətinə nəzarətin olmamasından, Ukrayna hakimiyyətinin sadəcə olaraq Kiyevə tabe olmayan bir sıra ekstremist və millətçi birləşmələrin hərəkətlərinə nəzarət etməsinin mümkünsüzlüyündən gedir: "Bu, həm də Kiyevin gələcək hərbiləşdirilməsi planları ilə bağlıdır. Bütün bu nüanslar hələ də gündəmdədir". Fransa Prezidenti Emmanuel Makron deyib ki, Rusiya uşaqları, mülki insanları öldürməkdə davam edərkən ABŞ və Ukraynanın sülh təklifləri ilə “oynayır”. Makron xatırladıb ki, Ukrayna təxminən bir ay əvvəl ABŞ Prezidenti Donald Trampın 30 günlük tam və qeyd-şərtsiz atəşkəs təklifini qəbul edib.
"NBC" telekanalının iddiasına görə, Donald Trampın yaxın ətrafı ona Ukraynada tam atəşkəsə razılaşana qədər Putinə zəng etməməyi tövsiyə edib.
Hərbi jurnalist Səxavət Məmməd deyib ki, Donald Tramp axır ki, gerçəklikləri deməyə başlayıb. Ekspertin sözlərinə görə, əsas məsələ odur ki, Rusiya indiki məqamda müharibənin bitməsini istəmir:

"Rusiya Ukraynanın təxminən 30 faiz ərazisini işğal edib və bununla yekunlaşdırmağa tələsmir. Ola bilsin ki, atəşkəs və ya sülh şərtlərinin içində kapitulyasiya var, yəni Ukraynadan hansısa tələbləri var. Müharibənin əslində uzanacağı gözlənilən idi. Nədənsə, çoxları elə düşünürdü ki, sanki Tramp hakimiyyətə gələn günün səhəri Rusiya-Ukrayna müharibəsi bitəcək. Amma bu o qədər də sadə məsələ deyil, çox mürəkkəb bir məsələdir. Çünki təkcə Ukrayna cəbhəsində təxminən 52 dövlətin olduğunu qeyd edirlər. Rusiya cəbhəsində isə Şimali Koreya, Çin, İran və başqa ölkələr var. Hardasa 65-ə yaxın ölkə bu müharibədə birbaşa, yaxud dolayı yolla iştirak edirlər. Bu qədər dövlətin qarışdığı bir müharibəni bir ölkənin, bir şəxsin yekunlaşdıracağı o qədər də inandırıcı deyildi. Buna ən sərt reaksiyalar da Avropa İttifaqına üzv ölkələrdən gəldi. Rusiya məsələni ona görə uzadırdı ki, Kursku tamamilə təmizləsin. Ola bilər, Rusiyanın qarşısında başqa hədəfləri də var. Hətta Qərb nəşrləri qeyd edir ki, Odessa limanlarına nəzarətin Rusiyaya təhvil verilməsi ilə bağlı şərtlərin olması da mümkündür. Başqa bir iddia Sumı vilayətinin Rusiya tərəfinin nəzarətinə keçməsid ilə bağlıdır. Çünki oradan Moskvaya məsafə çox da uzaq deyil. Zaporejye məsələsi də tamamilə yekunlaşmayıb. Bəzən deyirlər Rusiya bitib, tükənib, artıq Moskva özü də sülh istəyir və s. Amma reallıq və açıqlamalar onu göstərir ki, Rusiya əslində müharibənin uzanmasında maraqlıdır. Əslində, bir neçə ölkə də savaşın davam etməsini istəyir".
S.Məmməd əlavə edib ki, atılan addımlar, verilən açıqlamalar göstərir ki, Rusiyada güzəşt anlayışı yoxdur:
"Hətta ötənlərdə V.Putinin belə bir açıqlaması var idi. Deyirdi ki, "Rusiyada 11 milyon uşaq var və onlar gələcəyin əsgərləridir". Rusiya hərbi iqtisadiyyata keçid edərək, iqtisadiyyatı da militar etdi. Problem ondadır ki, Avropa dövlətlərinin ordu və hərbi baxımdan Rusiyanın qarşısında dayanma gücü yoxdur. Nəzərə alaq ki, Ukrayna cəbhəsində Rusiya ordusunun tamamı döyüşmür. ABŞ çalışacaq ki, Rusiyanı hansısa formada sıxışdırsın, fərqli regionlarda güzəştə getməklə Ukrayna məsələsində nəsə qopartsın. Hələki Rusiya dirəniş göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya