Fidandan İsrailə xəbərdarlıq: Mənfi nəticələr verəcək

İsrail regionda xarici siyasətini daha böyük məsuliyyətlə aparmalıdır, seçdiyi vektor ölkəsinə sabitlik gətirməyəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyə XİN-in rəhbəri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində deyib.

“İsrail öz xarici siyasətində daha məsuliyyətli olmalıdır. Seçdiyi strategiya, xüsusən də işğal ona heç vaxt təhlükəsizlik gətirməyəcək və mənfi nəticələr verəcək”, - o bildirib.