Ukrayna ABŞ-dən ilk kömür partiyasını qəbul edib

Pokrovsk şəhərində kömür hasilatının dayandırılmasından sonra Ukrayna ABŞ-dən ilk kömür partiyasını qəbul edib.

APA xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Logistika səbəbindən bu kömürün idxalı yerli analoqundan baha olsa da, bu, Ukrayna iqtisadiyyatının dəstəklənməsi üçün vacib addımdır", – "Metinvest"in rəhbəri Aleksandr Rıjenkov agentliyə bildirib.

İdxal olunan partiyanın həcmi 80 min ton təşkil edir.

ABŞ-dən gətirilən kömür “Zaporojstal” və “Kametstal” zavodlarının fasiləsiz işləməsi üçün istifadə olunacaq.