
"Yağmur"a dost gəldi: "Bulud" da sığınacağın sevimlisinə çevrildi
12:39 17.04.2025
Maraqlı
700
Türkiyənin Karabük bölgəsinin Yenice rayonunda, 20 mart tarixində meşə işçiləri tərəfindən yorğun və halsız vəziyyətdə tapılan bozayı balası, Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nəzdindəki Təbiəti Qoruma və Milli Parklar (DKMP) qrupları tərəfindən qoruma altına alınıb.
Sherg.az xəbər verir ki, təxminən 1,5 aylıq olduğu müəyyən edilən ayıya əvvəl Karabükdə ilkin tibbi yardım göstərilib, sonra isə Bursanın Karacabey rayonundakı Ovakorusu Celal Acar Yabanı Heyvanları Xilasetmə və Reabilitasiya Mərkəzinə aparılıb. Burada “Bulud” adı verilən balanın çəkisinin 2,7 kiloqram olduğu müəyyən edilib.

Qeyd edək ki, 12 aprel tarixində Bingöldə bir çoban, yol kənarında yenə halsız halda bir ayı balası tapıb. 1,5 aylıq olduğu müəyyən edilən və "Yağmur" adı verilən dişi bozayı, ilkin müayinə və müdaxilələrdən sonra Karacabeydəki eyni ayı sığınacağına gətirilib və baxıma götürülüb.
Sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirən "Bulud" və "Yağmur"a sığınacaq işçiləri tərəfindən ana nəvazişi ilə yanaşılır, baxım və qidalnmalarına böyük diqqət göstərilir.
Hazırda 73 ayının olduğu Ovakorusu Ayı Sığınacağında, ayı balaları gündə 6 dəfə laktozsuz süd, kefir, bal, qaynadılmış yumurta, qaymaq və multivitamin əlavələri ilə bəslənir.
Ayı balalarının xüsusi baxım bölməsindəki müalicələrinin 4 ay davam etməsi planlaşdırılır. Bu müddətdən sonra isə sığınacağın bağ hissəsinə köçürüləcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya