Ağrılı ata: "Deyirəm ki, anan həkimə gedib, qayıdacaq"
09:58 13.05.2025
Gündəm
368
Hindistan ordusunun Azad Kəşmirin nəzarət xəttinə yaxın ərazidə yerləşən Şokot kəndinə 9 may tarixində təşkil etdiyi hücumda 27 yaşlı, iki uşaq anası Kosar Şafi həyatını itirib.
Sherg.az xəbər verir ki, gənc anadan geriyə 3 yaşlı Məhəmməd Hüseyn və 1 yaşlı Məhəmməd Həsən adlı iki yetim uşağı qalıb.
İki övladı ilə tək qalan ata Şafi həm ata, həm də ana olmağa çalışır.
Hələ süd kəsilməmiş körpəsi Həsəni qohumlarının yanına göndərmək məcburiyyətində qalan Şafi, oğlu Hüseyn ilə birlikdə Şokot kəndində yaşayır.
Anasının öldüyünü ətrafdakı insanlardan eşidən 3 yaşlı Hüseyn bir an belə atasından ayrılmaq istəmir.
Hindistan ordusunun təşkil etdiyi hücum nəticəsində həyatı kökündən dəyişən kədərli ata və oğlu, qonşularının və qohumlarının dəstəyi ilə həyata tutunmağa çalışır.
Ata Şafi, həyat yoldaşını itirdiyi hücum anını və içində olduqları ağır şəraiti danışıb.
Yoldaşı və uşaqları ilə həyətdə oturduqları vaxtda hücumun baş verdiyini deyən Şafi bildirib:
"Biz orada (həyətdə) otururduq, yoldaşım çay dəmləmək üçün mətbəxdə idi. Birdən atəş açıldı və evin (mətbəxin divarı) hədəf alındı. Şarapnel parçası gəldi, o qədər tüstü oldu ki, ətrafı görmək mümkün deyildi. Tüstü çəkiləndə yoldaşımın şəhid olduğunu gördüm, tanınmaz halda idi."
Hindistan ordusunun Şokot kəndinə təşkil etdiyi hücumların saatlarla davam etməsi səbəbilə qonşularının kömək edə bilmədiyini deyən Şafi əlavə edib:
"Bu vəziyyətdə insanın edə biləcəyi heç nə yoxdur. 18 saat ərzində həyat yoldaşımın cansız bədəni ilə tək başıma gözlədim."
Şafi, kiçik oğlu Həsənin hələ südü kəsilmədiyini bildirərək deyib:
"Balaca uşaqlarım var, biri 3 yaşında, digəri isə 1 yaşındadır. İndi uşaqlarıma kim ana olacaq? Anasız onlara necə baxacağam?"
Heç bir hərbi hədəf olmamasına baxmayaraq Hindistan ordusunun kəndlərini hədəf aldığını qeyd edən Şafi bildirib:
"Bizə zülm etdilər. Bu zülmün bitməsini istəyirik. Günahsız insanlar Hindistan ordusu tərəfindən burada şəhid edilir."
Kiçik oğlunun (1 yaşında olduğu üçün) baş verənlərdən xəbərsiz olduğunu, amma 3 yaşlı Hüseynin davamlı olaraq anasını soruşduğunu deyən Şafi, belə danışıb:
"Böyük oğlum mənə “Ana haradadır?” deyə soruşanda, “Anan həkimə gedib və qayıdacaq” deyirəm. Oğlum isə artıq anasının öldüyünü bilib və “Xeyr ata, anama bomba dəyib və o öldü” deyir."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Binəqədidə bərbərxanada partlayış olub
19:58 31.03.2026
Dünya
Tramp: İranla müharibə tezliklə başa çatacaq
19:46 31.03.2026
Dünya
ABŞ üç Rusiya yük gəmisindən sanksiyaları götürdü
19:28 31.03.2026
Dünya
"Fənərbaxça"nın prezidenti Sadettin Saran yol qəzasına düşüb
19:14 31.03.2026
Futbol
Ceyhun Bayramov Belçika XİN rəhbəri ilə danışıb
18:33 31.03.2026
Siyasət
Alimləri heyrətləndirən hadisə - nadir quş torlara düşdü!
18:31 31.03.2026
Ekologiya
Bakıda yağışla bağlı bəzi sakinlər hotellərə yerləşdirilib
18:27 31.03.2026
Cəmiyyət
Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar başlayıb
18:20 31.03.2026
Mədəniyyət
Qazaxıstan prezidenti azərbaycanlı ictimai fəala təşəkkür etdi
18:15 31.03.2026
Cəmiyyət
Andrey Yermak Zelenskidən çox maaş alıb
18:05 31.03.2026
Dünya
Böyük Britaniya Kralı ABŞ-a səfər edəcək
17:55 31.03.2026
Dünya
Paşinyan və Putinin müzakirə edəcəyi mövzular açıqlandı
17:31 31.03.2026
Gündəm
ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib
17:24 31.03.2026
Gündəm
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
16:49 31.03.2026
Gündəm