
Gürcüstan Baş naziri Trampla uğurlu dialoq qurmaq niyyətindədir -Analitik
10:09 13.05.2025
Cənubi Qafqaz
291
Hazırda Ağ Evin Gürcüstanla həddindən artıq yaxınlaşacağını, bütün günahlarını bağışlayacağını düşünmürəm
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Donald Trampa və vitse-prezident Ceyms Devid Vensə açıq məktubla müraciət edib.
Bu barədə Gürcüstan hökumətinin administrasiyasından bildirilib.
Məktubda bildirilib ki, Gürcüstan hökumətinin ABŞ ilə strateji tərəfdaşlığın təmiz səhifədən, konkret yol xəritəsi ilə yeniləməyə hazır olduğu barədə bəyanatlarına hələ cavab alınmayıb. Bununla yanaşı, Gürcüstan və ABŞ hökumətləri arasında bu günə qədər ən yüksək səviyyədə ünsiyyətin olmadığı qeyd edilib.
İ.Kobaxdize bildirib ki, bu susqunluq gürcü xalqını və Gürcüstan hökumətini təəccübləndirir.
“Bayden administrasiyası tərəfindən planlaşdırılan və USAID-nin maliyyələşdirdiyi inqilab cəhdinin və zorakılığın qarşısını effektiv şəkildə alan Gürcüstan baş nazirinin müavini və digər hökumət rəsmilərinə qarşı tamamilə anlaşılmaz sanksiyalar hələ də qüvvədədir. Bundan əlavə, bir neçə gün əvvəl ABŞ Konqresində gürcü xalqına və onun seçilmiş hökumətinə qarşı düşmənçiliklə dolu “Megobari Akt” adlanan absurd qanun qəbul edildi. Bu qanun gürcü xalqının təkcə Konqresə deyil, həm də təəssüf ki, gürcü cəmiyyətinin sizin administrasiyanıza inamını azaldır”, - məktubda deyilir.
Baş nazir vurğulayıb ki, Gürcüstan ABŞ Administrasiyasının “dərin dövlət”i məğlub edəcəyinə ümid edir:
“Gürcüstan-ABŞ münasibətlərinin yenidən qurulması və ölkələrimiz arasında strateji tərəfdaşlığın bərpası üçün əsas rol oynamalı olan bu anı səbirlə gözləyirik. Bu mübarizədə uğurlar arzulayırıq”.
Politoloq Turab Rzayev Sherg.az-a deyib ki, Gürcüstan əvvəllər öz yolunu, strateji inkişaf hədəflərini və gələcəyini Avropa İttifaqı və NATO-ya inteqrasiya üzərindən qurduğunu elan etmişdi:

"Hətta bununla bağlı ölkə qanunvericiliyində müəyyən müddəalar var idi. Lakin İrakli Kobaxidzenin gəlməsi ilə Rusiya və Çinə meyillənmə getdikcə gücləndi. O, Qərb, ABŞ və Avropanı qətiyyətlə tənqid etmişdi. Xüsusilə Gürcüstandakı son seçki nəticələrinin tanınmaması, neqativ hallarla bağlı məsələlərin gündəmə gətirilməsi, iqtidar-müxalifətin toqquşmaları, etirazçılara güc tətbiq edilməsi və s. Qərblə Gürcüstan arasındakı münasibətləri pisləşdirdi. Xüsusilə Gürcüstan hökumətinin Rusiya ilə yaxınlaşması, hava sahəsinin açılması, vizasız gediş-gəlişin bərpası və bu kimi proseslər Qərbdə çox ciddi qəbul olundu. ABŞ və Avropa İttifaqı hətta Tiflisə sanksiyalar qoyacağını bildirdilər. Kobaxidze hesab edir ki, Donald Trampın hakimiyyətə gəlişindən sonra siyasi xətti dəyişə və bütün olanları Bayden administrasiyasının üstünə ata bilərlər".
Politoloq əlavə edib ki, Gürcüstan Baş naziri Trampla uğurlu dialoq qurmaq niyyətindədir:
"Daha əvvəl də ABŞ-a yenidən başlamaqla bağlı müraciət edilmişdi. Görünən odur ki, arzuolunan cavab alınmayıb. Digər tərəfdən ABŞ-də digər sahələrdə olmasa da, siyasətdə davamlılıq var. Buna görə də hazırda Ağ Evin Gürcüstanla həddindən artıq yaxınlaşacağı, bütün günahlarını bağışlayacağını düşünmürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Binəqədidə bərbərxanada partlayış olub
19:58 31.03.2026
Dünya
Tramp: İranla müharibə tezliklə başa çatacaq
19:46 31.03.2026
Dünya
ABŞ üç Rusiya yük gəmisindən sanksiyaları götürdü
19:28 31.03.2026
Dünya
"Fənərbaxça"nın prezidenti Sadettin Saran yol qəzasına düşüb
19:14 31.03.2026
Futbol
Ceyhun Bayramov Belçika XİN rəhbəri ilə danışıb
18:33 31.03.2026
Siyasət
Alimləri heyrətləndirən hadisə - nadir quş torlara düşdü!
18:31 31.03.2026
Ekologiya
Bakıda yağışla bağlı bəzi sakinlər hotellərə yerləşdirilib
18:27 31.03.2026
Cəmiyyət
Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar başlayıb
18:20 31.03.2026
Mədəniyyət
Qazaxıstan prezidenti azərbaycanlı ictimai fəala təşəkkür etdi
18:15 31.03.2026
Cəmiyyət
Andrey Yermak Zelenskidən çox maaş alıb
18:05 31.03.2026
Dünya
Böyük Britaniya Kralı ABŞ-a səfər edəcək
17:55 31.03.2026
Dünya
Paşinyan və Putinin müzakirə edəcəyi mövzular açıqlandı
17:31 31.03.2026
Gündəm
ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib
17:24 31.03.2026
Gündəm
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
16:49 31.03.2026
Gündəm