Avropada fırtına kimi əsən bir türk: İlk 4-lüyə yüksəldi
10:33 13.05.2025
İdman
336
Futbol məşqçiliyi karyerasına "Qalatasaray"ın akademiyasında başlayan, daha sonra A komandada köməkçi məşqçi, "Roma"nın U-18 və "Spezia"nın U-19 komandalarında baş məşqçi olaraq çalışan Tuğberk Tanrıvermiş, ötən ilin oktyabr ayında "St. Pölten"in başına keçib.
Sherg.az xəbər verir ki, vəzifəyə başladığı zaman 2. Liqanın 9-cu həftəsi geridə qalmışdı və "St. Pölten" 9 xalla 12-ci pillədə qərarlaşmışdı. Tanrıvermişin rəhbərliyi altında komanda böyük yüksəlişə imza atdı. 35 yaşlı çalışdırıcının rəhbərliyində "St. Pölten" 19 oyunda 12 qələbə, 4 bərabərlik əldə edərək 40 xal topladı.
Aşağı Avstriya təmsilçisi 28-ci həftəni 49 xalla 4-cü sırada başa vurdu. Tuğberk Tanrıvermişin vəzifədə olduğu 19 həftəlik müddətdə komanda liqanın ən çox xal toplayan ikinci komandası oldu. Bu müddətdə 43 qol vuran "St. Pölten", eyni zamanda liqanın ən məhsuldar komandası oldu.
Tuğberk Tanrıvermiş mövsümün sonunda komandadan ayrılacaq.
Yaxın zamanda sahibləri dəyişən "St. Pölten"in yeni rəhbərliyi ilə görüşən gənc məşqçi, növbəti mövsüm üçün büdcənin ciddi şəkildə azaldılacağını öyrəndi. Əsas futbolçularla yolların ayrılacağı və transfer üçün büdcə ayrılmayacağı ona bildirildikdən sonra Tanrıvermiş mövsümün sonunda komandadan ayrılmağa qərar verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Binəqədidə bərbərxanada partlayış olub
19:58 31.03.2026
Dünya
Tramp: İranla müharibə tezliklə başa çatacaq
19:46 31.03.2026
Dünya
ABŞ üç Rusiya yük gəmisindən sanksiyaları götürdü
19:28 31.03.2026
Dünya
"Fənərbaxça"nın prezidenti Sadettin Saran yol qəzasına düşüb
19:14 31.03.2026
Futbol
Ceyhun Bayramov Belçika XİN rəhbəri ilə danışıb
18:33 31.03.2026
Siyasət
Alimləri heyrətləndirən hadisə - nadir quş torlara düşdü!
18:31 31.03.2026
Ekologiya
Bakıda yağışla bağlı bəzi sakinlər hotellərə yerləşdirilib
18:27 31.03.2026
Cəmiyyət
Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar başlayıb
18:20 31.03.2026
Mədəniyyət
Qazaxıstan prezidenti azərbaycanlı ictimai fəala təşəkkür etdi
18:15 31.03.2026
Cəmiyyət
Andrey Yermak Zelenskidən çox maaş alıb
18:05 31.03.2026
Dünya
Böyük Britaniya Kralı ABŞ-a səfər edəcək
17:55 31.03.2026
Dünya
Paşinyan və Putinin müzakirə edəcəyi mövzular açıqlandı
17:31 31.03.2026
Gündəm
ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib
17:24 31.03.2026
Gündəm
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
16:49 31.03.2026
Gündəm