
Qərb blokunda parçalanma: Brüssel və Vaşinqton arasında uçurum dərinləşir
12:41 13.05.2025
Dünya
371
Avropa Birliyi (AB) çox vaxt ABŞ-la Çindən daha pis davranır.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp ölkəsinin AB ilə ticarət əlaqələrini şərh edərkən deyib.
“Avropa Birliyi bir çox cəhətdən Çindən daha yaramazdır”, - deyə Ağ Ev rəhbəri bildirib.
Trampın sözlərinə görə, AB ölkələri ABŞ-a qarşı çox ədalətsiz davranıb.
Politoloq Elşad Mirbəşiroğlu Sherg.az-a bildirib ki, hazırda AB və ABŞ münasibətlərində gərginlik mövcuddur:

"Xüsusilə AB ilə respublikaçılar arasında həmişə fikir ayrılığının olması tarixi tendensiyadır. Trampın rəhbərliyi dövründə bunu daha aydın müşahidə etdik. Xatırlayaq ki, ABŞ-də son prezident seçkilərində Avropa ölkələri demokratların namizədlərini dəstəkləyirdilər. Vaşinqton Trampın mövqeyinə uyğun olaraq Ukrayna məsələsində Avropa ilə əvvəlki kimi eyni cəbhədən çıxış etmədi. Ağ Evin sahibi Putinlə danışıqlara başladı. Həmçinin Münhen təhlükəsizlik konfransında ABŞ-nin vitse-prezidenti Avropa liderlərini ciddi tənqidə məruz qoyaraq onların maraqlarına zidd mövqe sərgilədi. Təsadüfi deyil ki, 2 dəfə Parisdə, Böyük Britaniyada, Ukrayna ilə bağlı sammitlər keçirilib. Avropa ölkələri Kiyevə dəstək məqsədi ilə müxtəlif addımlar atıb. Eyni zamanda Tramp digər ölkələrə olduğu kimi Avropaya da ABŞ-a ixrac olunan məhsullara rüsumların tətbiq edilməsi haqqında qərar verdi. Bu isə münasibətlərə ciddi şəkildə mənfi təsir göstərdi. Sözsüz ki, London və Vaşinqton hər zaman eyni cəbhədən çıxış edir. Böyük Britaniyanın AB-dən çıxmasındakı səbəb həmişə ABŞ-nin yanında yer ala bilməsidir. Keir Starmer boş yerə demirdi ki, ABŞ olmadan təhlükəsizlik məsələlərinin effektiv həlli mümkün olmaz".
Politoloqun sözlərinə görə, AB-nin təhlükəsizliyi ABŞ-dən birbaşa asılıdır:
"Tramp Avropa ölkələri üzərində Vaşinqtonun təsir mexanizmlərini gücləndirməyə çalışır. AB özünün emosional narazılıqlarını biruzə versə də, nəticədə ABŞ-a münasibətdə hansısa praktik addım atmaq potensialına sahib deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
16:49 31.03.2026
Gündəm
Körfəz faktiki olaraq ABŞ-ın nəzarətinə keçir - RƏY
16:46 31.03.2026
Region
İranın Hörmüz qərarı regionu daha da alovlandırır - TƏHLİL
16:38 31.03.2026
Dünya
Azərbaycanda üç lizinq şirkəti ləğv olunur
16:31 31.03.2026
İqtisadiyyat
"Qalatasaray" Hakan Çalhanoğlunu 15 milyona transfer edə bilər
16:16 31.03.2026
Futbol
Tramp ABŞ-a hərbi dəstək verməkdən imtina edən ölkələri hədələyib
15:30 31.03.2026
Dünya
İranlı general ailə üzvləri ilə birgə öldürüldü - FOTO
15:12 31.03.2026
Hərbi
Kreml Zelenskinin "Pasxa atəşkəsi" təklifində açıq təşəbbüs görmür
14:54 31.03.2026
Dünya
Paşinyan Putinlə görüşmək üçün sabah Moskvaya gedir
14:36 31.03.2026
Siyasət
ABŞ Ukraynanı ərazilərini qurban verməyə məcbur edir- ŞƏRH
14:31 31.03.2026
Dünya
Orban: Zelenski Macarıstanda xaos yaratmağa çalışır
14:27 31.03.2026
Dünya
Paşinyan Aİ-nin monitorinq missiyasının yeni rəhbərini qəbul etdi
14:08 31.03.2026
Siyasət
İtaliya ABŞ hərbi təyyarələrinin Siciliyaya enişinə icazə verməyib
13:51 31.03.2026
Dünya