
Ukraynanın müharibə şəraitində mövqeyi mütləq üstünlüyə imkan vermir -Politoloq
12:52 13.05.2025
Dünya
400
Kiyevin (Rusiya tərəfindən işğal edilmiş) ərazilərdən imtina etməsi, Zaporojye atom elektrik stansiyasından istifadə və Ukraynanın Qara dənizə çıxışı məsələsi münaqişənin nizamlanması üzrə danışıqların əsas mövzusu olaraq qalır. Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib. Amerika rəsmisi bildirib ki, burada əsas məsələlər (Rusiyanın işğal etdiyi) regionlar, atom elektrik stansiyası və ukraynalıların necə dənizə çıxa bilmələridir. Düşünürəm ki, məsələlərin sayını azaltmaq üçün çox yaxşı iş görmüşük. Əsas məsələlər beş regionla bağlıdır. Rusiya bu bölgələrdən ikisi üzərində böyük nəzarətə malikdir. Ukraynalılar digər üç bölgə üzərində müxtəlif dərəcəli nəzarətə malikdirlər, ona görə də söhbət vəziyyəti necə qiymətləndirməyimizdən gedir.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Sherg.az-a söyləyib ki, Rusiya və Ukrayna arasında sülhün əldə olunması, atəşgəsin razılaşdırılması mühim prioritetdir:

“ABŞ öz xarici siyasətinin əsas gündəliyində Kiyev və Moskva arasında razılığın əldə edilməsini əsas məsələlərdən hesab edir. Səudiyyə Ərəbistanı və qardaş Türkiyədə keçirilən danışıqlar da məhz razılaşmalara yönəlib. Amma həssas məsələ bundan ibarətdir ki, Rusiya işğal etdiyi ərazilərdən geri çəkilmir, Ukrayna isə bununla barışmır. Belə olan halda ortada çox ciddi mübahisəli məsələlər yaranır. Buna görə də hazırda Ukraynanın siyasi rəhbərliyi ərazi itkilərini qəbul etmir. Hətta ərazi itkiləri hesabına sülh tezisi ilə də razılaşmır. Müharibə nəticəsində çoxlu itkilər, dağıntılar və Ukrayna əhalisinin böyük hissəsi ölkəni tərk etmək məcburiyyətində qalmasına baxmayaraq ölkənin gələcəyi uğrunda mübarizə davam edir.. Eyni zamanda Kursk istiqamətində də irəliləyiş və Ukraynanın müharibə şəraitində mövqeyi mütləq üstünlüyə imkan vermir. Belə olan halda vəziyyəti nizamlamaq ABŞ və digər dövlətlər üçün çox çətindir. Ümid edirəm ki, Türkiyədə keçirilən görüş nəticənin hasil olunması uğrunda böyük irəliləşə səbəb olacaq. Bununla da qardaş Türkiyənin beynəlxalq mövqeyi bir qədər güclənəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
16:49 31.03.2026
Gündəm
Körfəz faktiki olaraq ABŞ-ın nəzarətinə keçir - RƏY
16:46 31.03.2026
Region
İranın Hörmüz qərarı regionu daha da alovlandırır - TƏHLİL
16:38 31.03.2026
Dünya
Azərbaycanda üç lizinq şirkəti ləğv olunur
16:31 31.03.2026
İqtisadiyyat
"Qalatasaray" Hakan Çalhanoğlunu 15 milyona transfer edə bilər
16:16 31.03.2026
Futbol
Tramp ABŞ-a hərbi dəstək verməkdən imtina edən ölkələri hədələyib
15:30 31.03.2026
Dünya
İranlı general ailə üzvləri ilə birgə öldürüldü - FOTO
15:12 31.03.2026
Hərbi
Kreml Zelenskinin "Pasxa atəşkəsi" təklifində açıq təşəbbüs görmür
14:54 31.03.2026
Dünya
Paşinyan Putinlə görüşmək üçün sabah Moskvaya gedir
14:36 31.03.2026
Siyasət
ABŞ Ukraynanı ərazilərini qurban verməyə məcbur edir- ŞƏRH
14:31 31.03.2026
Dünya
Orban: Zelenski Macarıstanda xaos yaratmağa çalışır
14:27 31.03.2026
Dünya
Paşinyan Aİ-nin monitorinq missiyasının yeni rəhbərini qəbul etdi
14:08 31.03.2026
Siyasət
İtaliya ABŞ hərbi təyyarələrinin Siciliyaya enişinə icazə verməyib
13:51 31.03.2026
Dünya