
Köçəryan Kremlin bir nömrəli adamıdır - ŞƏRH
13:46 19.05.2025
Aktual
581
Son zamanlar Ermənistanda Rusiyaya bağlı, Moskvanın maraqlarını təmsil edən qüvvələrin fəallaşması müşahidə olunur. Xüsusilə də bu ölkədə Rusiyanın 5-ci kolonu kimi tanınan dairələrin siyasi səhnədə daha açıq şəkildə görünməsi diqqət çəkir. Bunun fonunda maraqlı bir təyinat baş verib – Rusiya Prezidentinin daxili siyasi məsələlər üzrə rəhbəri Sergey Kiriyenko Ermənistana kurator təyin olunub. Bu addım Kremlin Ermənistana forpost, yəni vassal kimi yanaşdığını, onu müstəqil dövlət kimi qəbul etmədiyini göstərir.
Ermənistanda rusiyameyilli qüvvələrin başında duranlardan biri sabiq prezident Robert Köçəryandır. O, hələ SSRİ dövründən DTK ilə əməkdaşlıq etmiş və Qarabağda separatçı hərəkatın başlanmasına rəhbərlik etmiş fiqurdur. Köçəryan bu gün də hesab edir ki, onun fəal iştirakı ilə Rusiya 2020-ci ildən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları dəyişə bilər. Lakin reallıq bu yanaşmanın perspektivsiz olduğunu göstərir.
Politoloq Əhəd Məmmədli Sherg.az-a deyib ki, Köçəryan fəallaşmağa başlasa da, yenidən Ermənistanda hakimiyyətə gələ bilməyəcək:

"Qarabağ erməniləri Ermənistanda hakimiyyətdə olarkən ölkənin inkişaf etməməsi, korrupsiya və regionbazlıq onlara qarşı nifrət yaratmışdı. Həmçinin xalq 44 günlük müharibədəki məğlubiyyətin günahını da Qarabağ ermənilərində gördü. Digər tərəfdən Köçəryan Kremlin bir nömrəli adamıdır. Ermənistanın siyasi isteblişmenti ölkənin gələcəyini yalnız Rusiyada görür. Təsadüfi deyil ki, İrəvanın Qərblə münasibətləri iflasa uğradı. Buna görə də ölkə tam bir çətir altında dayana bilmir. Eyni zamanda ermənilər 1990-cı illərdə Azərbaycanda baş verən hadisələrdən istifadə edərək Qarabağ cəbhəsində hücuma keçdilər. Nəticə etibarilə hazırda biz də Ermənistanın daxilində baş verən qarşıdurmaların, Qərblə Rusiya arasında meydança rolunu oynamasının tərəfdarıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm