Donald Tramp: ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etməyəcək
09:59 20.05.2025
Dünya
489
Rusiyalı həmkarı Vladimir Putinlə söhbətdən sonra ABŞ Prezidenti Donald Tramp Ukrayna və Avropa İttifaqı (Aİ) liderlərinə bildirib ki, Amerika Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Nəşr yazır ki, Amerika lideri Ukrayna Prezidenti Volodimir Zelenski və digər avropalı həmkarlarına Rusiya ilə danışıqlara sadiq olduğunu əsas gətirərək belə deyib. Portalın mənbələrinin iddiasına görə, ABŞ Prezidenti Rusiyanın razılaşmaya nail olmaq istədiyinə və dərhal atəşkəslə bağlı birbaşa danışıqlara başlamağa razı olduğuna əmin olduğunu bildirib.
“Axios” əlavə edib ki, Avropa liderləri Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək istəməməsi ilə bağlı bəyanatından, həmçinin Vladimir Putinə duyulan hörmətli tonundan şoka düşüblər. Mənbə vurğulayıb ki, Tramp bunu Almaniya, Ukrayna, İtaliya, Finlandiya və Fransa liderləri, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə söhbəti zamanı deyib. Portalın mənbələrinə görə, Volodimir Zelenski bu söhbəti pis hesab edib.
“Bu, Trampın Putinlə telefon danışığından dərhal sonra baş verib”, - məlumatda deyilir.
Xatırladaq ki, mayın 19-da Putin və Tramp arasında iki saatadan çox davam edən telefon danışığı olub. Danışıqlardan sonra hər iki lider söhbətin konstruktiv və səmimi olduğunu iddia edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual