Hakan Fidan: Həmişə Azərbaycanın yanında olacağıq
Yusif Nəzərli
07:27 21.05.2025
Siyasət
294
Türkiyə bundan sonra da həmişə Azərbaycanın yanında olacaq.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstanda keçirilən qeyri-rəsmi zirvəsi çərçivəsində TDT Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
Çıxışına Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını vurğulayaraq başlayan Hakan Fidan qeyd edib:
“Diqqətlə olan başqa bir məsələ isə Fələstində dinc əhaliyə qarşı aclığın silah kimi istifadə edilməsi və deportasiya təhdidləridir, bunlar qəbuledilməzdir.
Digər tərəfdən, İsrailin Livan və Suriyaya hücumlarının yaratdığı risk də göz qabağındadır. Qarşımızda Suriyada sabitliyə nail olmaq üçün tarixi fürsət var. Suriya administrasiyasının regional və beynəlxalq aktorlarla təmasları və ölkəmizin sanksiyaların ləğvi istiqamətində intensiv diplomatik səyləri nəticəsində konkret nəticələr əldə etdik. Bu dövrdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Suriyaya dəstəyi xüsusi əhəmiyyət kəsb edir.
Əfqanıstanda baş verən proseslər də türk dünyasının sülh və təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Əfqanıstandakı zəngin etnik quruluş, xüsusilə türk mənşəli icmaların mövcudluğu TDT ilə Əfqanıstan arasında mədəni və tarixi körpü yaradır, əməkdaşlıq potensialımızı gücləndirir. Biz TDT çərçivəsində yaradılmış Əfqanıstan işçi qrupunun fəaliyyətini aktivləşdirərək ümumi siyasətlər hazırlamaq iradəmizi gücləndirməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət