
Parlamentari: Bakı Enerji Həftəsi yeni əməkdaşlıq imkanları formalaşdıracaq
Yusif Nəzərli
07:29 04.06.2025
Siyasət
675
Sərgilərdə dünyanın 80 ölkəsindən 9 mindən çox şirkət və 170 mindən çox ziyarətçi iştirak edib
Bu il Azərbaycan üçün strateji əhəmiyyət daşıyan tədbirlərdən biri – Bakı Enerji Həftəsi özünün 30 illik yubileyini qeyd edir. 1994-cü ildən bəri regionun ən mühüm enerji platformasına çevrilmiş bu həftəlik, artıq sadəcə sərgi və konfranslar toplusu deyil, həm də enerji təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq və yaşıl keçid istiqamətində qlobal dialoqun mühüm mərkəzlərindən birinə çevrilib.
Bakı Enerji Həftəsi Azərbaycan neftinin dünya bazarına çıxarılmasının başlanğıc nöqtəsində dayanırdısa, bu gün tədbir enerji sektorunda texnoloji yeniliklərin, bərpaolunan enerji imkanlarının və regional layihələrin koordinasiya məkanına çevrilib. Azərbaycanın neft strategiyası ilə paralel inkişaf edən bu platforma indi həm də qaz, hidrogen və yaşıl enerji gündəliyini formalaşdırmaq gücünə malikdir.
Bakı Enerji Həftəsi artıq yalnız neft və qazla deyil, həm də regionda yaşıl enerjiyə keçid təşəbbüsləri, Cənub Qaz Dəhlizi, Xəzər və Aralıq dənizi hövzəsində enerji təhlükəsizliyi, eləcə də enerji tranziti üzrə qlobal əməkdaşlığın gücləndirilməsi ilə assosiasiya olunur.
Bu baxımdan, 30-cu yubiley tədbiri yalnız retrospektiv baxış üçün deyil, həm də növbəti onilliklər üçün yeni enerji paradiqmalarının müzakirəsi baxımından kritik əhəmiyyət daşıyır.
Millət vəkili Azər Badamov da Sherg.az-a açıqlamasında deyib ki, ölkəmizdə keçirilən Bakı Enerji Həftələri sərgilərində dünyanın 80 ölkəsindən 9 mindən çox şirkət və 170 mindən çox ziyarətçinin iştirak etməsi, bu sərgilərə beynəlxalq marağın günü-gündən artmasının göstəricisidir. Onun sözlərinə görə, keçirilmiş Bakı Enerji Həftələri Azərbaycanın neft, qaz və enerji sənayesinin inkişafına töhfələr verib:

“Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan enerji siyasətimiz ölkəmizin siyasi və iqtisadi sahədə uğurlarımızın əsas formulu olub. Çünki dahi Liderin müəyyənləşdirdiyi neft strategiyası Azərbaycanı 90-cı illərin əvvəlindəki siyasi və iqtisadi burulğanından xilas olunmasına və bu gün siyasi və iqtisadi müstəqilliyinə qovuşan qalib ölkəyə çevrilməsinə yol açıb. Prezident İlham Əliyevin müəllifi olduğu Cənub Qaz Dəhlizi və beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təminatçısına və qitələr arasında nəqliyyat bağlantıları yaradan ölkəyə çevirib. Yaşıl enerji gündəliyimiz, zamanı qabaqlamaq baxımından dövlət başçımızın uzaqgörən siyasətinin davamıdır”.
Deputatın sözlərinə görə, Bakıda öz işinə başlamış Bakı Enerji Həftəsi yeni əməkdaşlıq imkanları formalaşdıracaq və qarşılıqlı fayda əsasında ölkəmizin enerji sektorunun müasir texnoloji nailiyyətləri əsasında inkişaf etdirilməsinə töhfə verəcəkdir:
“Xəzər neft və qaz sərgisi neft, qaz və energetika sahələrinin aparıcı şirkətlərinin nümayəndələrinin müzakirələr apardığı və əməkdaşlıqla bağlı razılaşmaların imzalandığı platformaya çevrilib. Ənənə halı halmış bu tədbirlər həm də yaşıl gündəliyimizlə bağlı müəyyən edilmiş hədəflərə nail olunması və bu sahəyə investisiyaların cəlb edilməsi baxımından çox əhəmiyyətlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya