
Parlamentari: Pezeşkianın Azərbaycana səfəri ölkələrimiz arasında yeni səhifəyə çevrildi
13:48 05.06.2025
Siyasət
570
İyunun 4-də Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İran Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib, rifah və tərəqqi arzularını çatdırıb. Dövlət başçımız da Pezeşkianı və dost İran xalqını bayram münasibətilə təbrik edib.
Pezeşkian Azərbaycana rəsmi səfərini və həmin səfər çərçivəsində aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev də bu səfərin nəticələrini yüksək qiymətləndirib.
Telefon danışığı zamanı Məsud Pezeşkianın səfəri zamanı verilən tapşırıqların icrası istiqamətində iki ölkənin aidiyyəti qurumlarının fəal əməkdaşlıq etdiyi qeyd olunub. Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran reyslərinin sayının artırılması xalqlar arasında təmasların artmasına töhfə verəcəyi vurğulanıb.
Tərəflər Azərbaycan-İran əlaqələrinin hazırda dönüş mərhələsində olduğunu qeyd edib və münasibətlərin müxtəlif sahələrdə dinamik inkişaf edəcəyinə ümid ifadə olunub. Eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a söyləyib ki, məlumdur ki, Azərbaycan Respublikası başqa dövlətlərlə, o cümlədən cənub qonşumuz İranla münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplərə əsasında inkişaf etdirməkdə maraqlıdır:

"Lakin sirr deyil ki, bir çox güclər, o cümlədən Tehranda müəyyən dairələr İran və Azərbaycan arasında mümkün gərginliyə potensial fürsət kimi baxırdılar. Lakin cənab İlham Əliyevin İrana münasibətdə uğurlu, zərgər dəqiqliyi ilə həyata keçirdiyi siyasi gedişlər prosesləri Azərbaycanın lehinə çevirdi. Üstəlik, münasibətlərimizdə son ciddi gərginliyin ardından, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri və Bakıdakı təmaslar ölkələrimiz arasında münasibətlərdə yeni səhifəyə çevrildi. Azərbaycan və İran Prezidentləri arasında Qurban bayramı münasibəti ilə telefon danışığının ritorikası ilk növbədə, heç şübhəsiz ki, zaman-zaman müəyyən təlatümlərin müşahidə olunduğu Bakı-Tehran münasibətlərinin hazırda yüksək səviyyədə olmasının təzahürüdür".
Deputat qeyd edib ki, əlaqələrin hazırkı səviyyəsi Bakı-Tehran mümkün gərginliyinə fürsət kimi baxan niyyətlər fonunda eyni zamanda cənab İlham Əliyevin növbəti qlobal miqyaslı qələbəsi sayılmalıdır:
"Çünki, cari arzuolunan konfiqurasiyanın təməlində Bakının ötən dövr ərzində kifayət qədər təmkinli davranaraq diqqəti ayrı-ayrı dairələrin ucuz bəyanatlarına yox, gələcək birgə əməkdaşlıq çərçivələrinə yönəltməsi, boş ritorika əvəzinə Bakı konkret fəaliyyətlərə üstünlük verməsi dayanır. Möhtərəm Prezidentin mətbuata birgə bəyanatda ifadə etdiyi kimi,
"biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq" ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya