
Dünya mina terroruna göz yummamalıdır -ŞƏRH
Yusif Nəzərli
08:54 06.06.2025
Aktual
555
Mina partlayışları işğalın və erməni faşizminin canlı sübutudur
Ermənistanın mina terroru müasir barbarlığın ən qorxunc formalarından biri kimi davam edir. Son günlərdə 4 partlayışın baş verməsi və insanlarımızın ağır xəsarətlər alması bunun bariz göstəricisidir. Bir həftə ərzində Kəlbəcər, Goranboy və Ağdərə rayonlarında 4 dəfə mina partlayışı qeydə alınıb. Bu partlayışların nəticəsində biri hərbçi olmaqla dörd nəfər vətəndaşımız müxtəlif dərəcəli xəsarətlər alıb. Onların arasında hətta ayağı amputasiya olunanı da var. Bir həftə ərzində ard-arda baş verən bu mina partlayışları bir daha Ermənistanın mina terrorunun qorxunc mənzərəsini bütün dəhşəti ilə əyani nümayiş etdirir. Xatırladaq ki, son 5 il ərzində (Vətən müharibəsindən sonra) 202 min hektardan artıq ərazi ANAMA tərəfindən mina və döyüş sursatlarından təmizlənsə də və bu müddət ərzində 196 mindən çox mina və sursat aşkarlanıb zərərsizləşdirilsə də, lakin yüz minlərlə mina hələ zərərsizləşdirilməmiş vəziyyətdə qalmaqdadır. Çünki olduqca geniş miqyasda ərazilərimiz minalarla çirkləndirilib. Söhbət 30 illik işğal dövründə və İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində ermənilər tərəfindən ərazilərimizdə təxminən 1 milyondan artıq minanın basdırılmasından gedir. Ona görə də işğaldan azad edilmiş ərazilərimizdə tez-tez mina partlayışları baş verir, insanlarımızın həyatı təhlükə altına düşür. Postmüharibə dövründə mina partlayışları nəticəsində həlak olan və ya yaralanan Azərbaycan vətəndaşlarının sayı artıq 400 nəfərə çatıb.
Politoloq Əlisahib Hüseynov Sherg.az-a bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə yaşayan dinc sakinlərimiz də, bərpa-yenidənqurma işləri ilə məşğul olan müxtəlif qurumların çoxsaylı əməkdaşları da, habelə polislər və hərbçilər də hər an mina terroru təhlükəsi ilə üz-üzədirlər. Ekspertin sözlərinə görə, Azərbaycan dövləti mina terroru ilə bağlı həm Ermənistan tərəfinə, həm də əlaqədar beynəlxalq qurumlara dəfələrlə müraciət edib:

"Prezident İlham Əliyev öz çıxışlarında qeyd edib ki, biz ərazilərimizin minalardan təmizlənməsiylə bağlı ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk. Dövlət başçısı həmçinin Ermənistanın mina terroruna son qoymaq üçün beynəlxalq səylərin artırılmasının vacibliyini də vurğulayıb, dünya birliyini rəsmi İrəvana təsir göstərməyə çağırıb. Ancaq dünya birliyi isə çox təəssüf ki, Ermənistanın mina terroruna göz yummağa davam edir.
Son 4 gündə Azərbaycan ərazilərində ard-arda baş verən mina partlayışlarının dinc sakinlərə zərər vurması beynəlxalq təşkilatların hərəkətə keçməsi üçün ciddi əsas verir. Ermənistana havadarlıq edən qüvvələr də bilməlidirlər ki, yaşayış məntəqələri və qəbiristanlıqların ermənilər tərəfindən minalanması kimi mənfur əməllər beynəlxalq humanitar hüququ pozur. Eyni zamanda, keçmiş məcburi köçkünlərimizin öz evlərinə qayıtmasına mane olur. Mina terroru Ermənistanın faşist dövləti olduğunu, erməni barbarlarının işğal dövründə torpaqlarımızda insanlığa sığmayan əməllər törətdiyini isbatlayır. Erməni faşizmini dəstəkləyənlər mina terroruna görə də məsuliyyət daşıyırlar".
Oxşar xəbərlər
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
01:58 09.11.2026
Zaur Məmmədov: “Qarabağ Zəfəri Azərbaycanın dövlətçilik strategiyasının təntənəsidir”
20:22 08.11.2026
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya