Təbii mineral suya dair tələblər müəyyənləşib
Yusif Nəzərli
06:22 11.06.2025
Cəmiyyət
410
Qablaşdırılmış təbii mineral suyun mineral tərkibi, temperaturu, elektrik keçiriciliyi və xarakterik xüsusiyyətləri mövsümlə əlaqədar təbii kənaraçıxmalar nəzərə alınmaqla yatağındakı su ilə eyni olmalıdır.
APA-nın xəbərinə görə, bu, “Təbii mineral sulara dair sanitariya norma və qaydaları”nsa əksini tapıb.
Təbii mineral su mikrobioloji göstəriciləri baxımından təmiz, hər hansı çirklənməyə məruz qalmayan, yeraltı yataqlardan hasil edilən və ya təbii yolla süxurlardan çıxan mineral komponentlərlə zəngin olan (sonradan tərkibinə əlavə mineral komponentlər əlavə edilməyən) təbii sudur.
Təbii mineral sular aşağıda sadalanan xüsusiyyətləri ilə içməli sudan fərqlənir və mühafizə zonasına uyğun olaraq çirklənmə riski yaradacaq mənbələrdən mühafizə edilir:
- dəyişməyən mineral və mikroelement tərkibi baxımdan;
- mikrobioloji cəhətdən təmiz olması;
- sabit temperatura malik olması.
Qablaşdırılmış təbii mineral suyun mineral tərkibi, temperaturu, elektrik keçiriciliyi və xarakterik xüsusiyyətləri mövsümlə əlaqədar təbii kənaraçıxmalar nəzərə alınmaqla yatağındakı su ilə eyni olmalıdır. Təbii mineral suya karbon qazından başqa digər kimyəvi maddə əlavə edilməməli, əlavə edilmiş karbon qazı təbii mineral suyun təbiiliyini pozmamalıdır. Qablaşdırma zamanı təbii mineral suya təbii və ya kənardan təmin edilən, ümumi qaz həcminin ən azı 99%-i karbondioksid (CO2) olan və tərkibindəki karbon monooksidin miqdarı 10 µl/l-dən çox olmayan karbon qazının əlavə edilməsinə yol verilir. Bu proses suyun mikrobioloji xüsusiyyətlərində dəyişikliyə səbəb olmamalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya