Qafar Çaxmaqlı: TDT güclənərsə, Ermənistanın birliyə inteqrasiya etməkdən başqa yolu qalmayacaq
Yusif Nəzərli
12:25 18.08.2025
Aktual
737
Əgər siyasətimizi uzun müddətli və düzgün aparsaq Türk dünyasının mərkəzində olan Ermənistan istər-istəməz onun torpaq parçasına çevriləcək
Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələri olmasa, sözügedən dövlət burada mövcud ola bilməyəcək
Zəngəzur dəhlizinin açılması barəsindəki fikirlər regionda geosiyasi tarazlığı dəyişməkdədir. Bu dəyişikliklər Ermənistan cəmiyyətində də yeni baxışlara yol açır. Artıq bəzi erməni analitikləri, o cümlədən politoloq Benyamin Matevosyan Ermənistan Avropa İttifaqına yox, türk dünyasına daxil olacağını bildirir. Onun fikrincə, regionda cərəyan edən hadisələrin məntiqi nəticəsi Ermənistanı türk dünyasına yaxınlaşdırır. Matevosyan əlavə edib ki, ermənilərin gözü artıq türk dünyasının bir parçası olduqlarına alışmalıdır. Bu yanaşma Ermənistan üçün alternativ yolların tükəndiyini və türk dünyasına inteqrasiyanın qaçılmaz olduğunu göstərir.
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a mövzunu şərh edib:
"Zəngəzur dəhlizinin açılması real görünəndən sonra ermənilər içərisində fikir dəyişikliyinə gedildi. Ermənilər türk dünyasının mərkəzində olmağın nə demək olduğunu düşünürlər. Ya ona inteqrasiya ola biləcəklər, ya da bu bölgədən çıxıb gedəcəklər və onların varlığına son veriləcək.
Zəngəzur dəhlizinə ehtiyac yoxdur, Ermənistanın özü bizim üçün gələcəkdə dəhlizə çevriləcək. Əgər siyasətimizi uzun müddətli və düzgün aparsaq Türk dünyasının mərkəzində olan Ermənistan istər-istəməz onun torpaq parçasına çevriləcək. İndiki halda ermənilərdən ibarət bir dövlətin türk təşkilatına daxil edilməsi mümkün deyil. Bu, erməni politoloqun mübaliğəsidir. Ermənistanda son vaxtlar belə müzakirələr aparılır.
TDT türk dilli dövlətlərdən təşkil edilmiş təşkilatdır. Gələcəkdə türklərdən ibarət olmayan dövlətlər-Pakistan, Tacikistan, gələcəkdə müstəqilliyini əldə edən Rusiya Federasiyasındakı türk subyektlərinin bu təşkilata üzv ola biləcəkləri istisna edilmir. TDT-nin güclənməsi bəzi dövlətləri məcbur edəcək ki, bura daxil olsunlar. Məsələn macar dili türk dili deyil, lakin onların kökəni türkdür. Ona görə də Macarıstan TDT-yə meyillənib".
Ermənişünas alim Ermənistanın Türk dünyasına daxil olmasının hələlik mümkün olmadığını, lakin bunun alternativsiz bir yol olduğunu qeyd edib:
"Ermənistan dünyada olan iqtisadi, siyasi birliklərin üzvü deyil. Avropa İttifaqına meyilli olsa da ora daxil olması zaman işidir. TDT güclənərsə və dünya birliyinə çevrilərsə, Ermənistanın birliyə inteqrasiya etməkdən başqa yolu qalmayacaq. Zəngəzur dəhlizi açılandan sonra birlik müəyyən mənada birləşəcək və genişləcək. Təşkilat genişlənəndən sonra həmin müraciətlərə baxıla bilər. Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələri olmasa, Sözügedən dövlət burada mövcud ola bilməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks