100 milyard dollarlıq sülh: Ukrayna, ABŞ zəmanəti qarşılığında silah alacaq
11:51 19.08.2025
Gündəm
375
Ukrayna, təhlükəsizliyini təmin etmək üçün Avropa tərəfindən maliyyələşdiriləcək 100 milyard dollarlıq Amerika silahı alacaq.
Sherg.az xəbər verir ki, Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri arasında keçirilən toplantının əks-sədası davam edir.
Ukrayna, Rusiya ilə sülh sazişindən sonra təhlükəsizliyini təmin etmək üçün Avropa tərəfindən maliyyələşdiriləcək 100 milyard dollarlıq Amerika silahı almağı öhdəsinə götürəcək.
Təkliflərə görə, Kiyev və Vaşinqton, 2022-ci ildə Rusiyanın işğalının başlanmasından bəri bu texnologiyada qabaqcıl olan Ukrayna şirkətləri ilə 50 milyard dollarlıq müqavilə imzalayaraq pilotsuz uçuş aparatları istehsal edəcək.
"Financial Times"in xəbərinə görə, məsələyə yaxın dörd mənbə bildirib ki, Kiyev ABŞ-la yeni təhlükəsizlik sazişlərinə dair daha əvvəl açıqlanmamış təklifləri, dünən Ağ Evdə Donald Tramp ilə keçiriləcək görüşdən əvvəl Avropa müttəfiqləri ilə müzakirə ediləcək mövzular siyahısında paylaşmışdı.
Hansı silahlar alınacaq?
Sənəddə Ukraynanın müqavilə çərçivəsində hansı silahları almaq istədiyi tam göstərilmir. Amma Kiyev açıq şəkildə bildirib ki, şəhərlərini və kritik infrastrukturunu qorumaq üçün azı 10 ədəd ABŞ istehsalı Patriot hava hücumundan müdafiə sistemi, eləcə də başqa raketlər və avadanlıq almaq istəyir.
Sənəddə PUA müqaviləsinin nə qədərinin satınalma, nə qədərinin investisiya olacağı barədə isə məlumat yoxdur.
“Heç nə vermirik, silah satırıq”
Ukraynanın təklifi, Trampın Amerika sənayesinə fayda gətirmə istəyinə hesablanıb. Ağ Evdə Ukraynaya əlavə ABŞ hərbi yardımı barədə verilən suala Tramp belə cavab verib:
“Heç nə vermirik. Silah satırıq.”
Sənəd həmçinin göstərir ki, Trampın ötən həftə Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra Moskvanın mövqeyinə yaxınlaşması fonunda, Ukrayna ABŞ-a necə qarşı təklif irəli sürməyi planlaşdırır.
Sənəd, Trampın əvvəl dəstəklədiyi, lakin Putinlə görüşündən sonra hərtərəfli sülh sazişi uğrunda geri çəkildiyi atəşkəs çağırışını da təkrar edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm