Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür
20:04 25.08.2025
Siyasət
342
Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür.
APA-nın məlumatına görə, 26 avqust 2022-ci ildə Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib. Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndləri də nəzarətə götürülüb.
Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib. Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalmışdı. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatına əsasən, Laçın dəhlizinə alternativ olaraq 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalı idi. Azərbaycan tərəfi isə razılaşmaları daha tez zamanda başa çatdırıb, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənib və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başlanılıb. 1 il 8 ay sonra alternativ yolun çəkilişi başa çatıb. Azərbaycan rəsmi qaydada bildiriş göndərərək, 2022-ci il avqustun 2-də yolun hazır olduğunu bildirib. Bildirişdə qeyd edilib ki, avqustun 5-də Azərbaycan Laçın şəhərinə, o cümlədən köhnə yola daxil olur və Laçın şəhərinə qayıdır.
Bunun ardınca Qarabağda yaşayan ermənilər Azərbaycan hakimiyyətinə xahişlə müraciət edərək, ərazini boşaltmaq üçün avqustun 25-dək qədər əlavə vaxt istəyib. İşğal müddətində Ermənistan tərəfindən qanunsuz məskunlaşma aparılmasına baxmayaraq, Azərbaycan növbəti dəfə humanistlik nümayiş etdirərək, ermənilərə avqustun 25-dək vaxt verib.
Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil olub, Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürülüb.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb.
Qısa müddət ərzində həm Laçın şəhərində, həm də Zabux və Sus kəndlərində tikinti və yenidənqurma işlərinə başlanılıb.
Görülən işlər nəticəsində artıq keçmiş məcburi köçkünlərin Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışına başlanılıb. Laçın şəhərinə ilk köç 2023-cü il mayın 27-də baş tutub. Laçınlıların doğma şəhərinə qayıdışı davam edir.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixdə Sərəncam imzalayıb.
Sərəncama əsasən, 26 avqust - Laçın şəhəri günü təsis olunub. Şəhər günləri təntənəli şəkildə qeyd olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya