
Aydın Sezer: Türkiyə-İran münasibətləri əsrlərdir davam edən mürəkkəb qonşuluq üzərində qurulub
09:22 26.08.2025
Region
517
İranın xarici işlər naziri Abbas Araqçi ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Görüş İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində təşkil olunan fövqəladə toplantısı çərçivəsində baş tutub. Tərəflər ikitərəfli münasibətlərin cari vəziyyətini və gələcək perspektivlərini müzakirə ediblər.
Danışıqlar zamanı Tehran və Ankara arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Xüsusilə ticarət, enerji, nəqliyyat və sərhəd təhlükəsizliyi sahələrində əlaqələrin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. Həmçinin iki ölkə arasında iqtisadi komissiyaların fəaliyyətinin canlandırılması, qarşılıqlı sərmayələrin artırılması və regionda tranzit imkanlarının inkişafı məsələləri diqqət mərkəzində olub.
Nazirlər siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini qeyd ediblər. Bununla yanaşı, regional və beynəlxalq müstəvidə birgə əməkdaşlığın gücləndirilməsi, həm İslam dünyasında, həm də Cənubi Qafqaz və Yaxın Şərqdə sabitliyin təmin olunmasına dair mövqelərin uzlaşdırılmasının önəmi vurğulanıb.
Tərəflər, həmçinin, humanitar əlaqələrin inkişafı, mədəniyyət və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, xalqlar arasında qarşılıqlı təmasların artırılması kimi məsələlərə də toxunublar.
Görüşün sonunda Abbas Araqçi və Hakan Fidan ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində siyasi iradəni təsdiqləyərək, mütəmadi olaraq müxtəlif platformalarda dialoqu davam etdirməyə razılaşıblar.
Türk siyasətçi və yazar Aydın Sezer "Sherg.az"a deyib ki, Türkiyə-İran münasibətləri mürəkkəb bir xarakter daşıyır:

"Xüsusilə Cənubi Qafqazda və Suriyada iki ölkə arasında rəqabət mövcuddur. Lakin bu rəqabət bəzən əməkdaşlıq imkanlarını da gündəmə gətirir. Ancaq hər dəfə əməkdaşlıq məsələsi ortaya çıxanda, tərəflərin mövqeləri arasında uzlaşmazlıqlar üzə çıxır. Bu səbəbdən, Türkiyə və İran xarici siyasətdə bir-birinə dəstək verən və dost görünməyə çalışan, eyni zamanda isə güclü rəqabəti də davam etdirən ölkələrdir. Onların ortaq mövqeyi yalnız İsrail əleyhinə münasibətdə özünü göstərir. Türkiyə və İran üçün İsrail ortaq düşməndir. Türkiyənin ABŞ-la münasibətləri fonunda isə İranla balansı qorumaq məcburiyyəti yaranır. Məsələn, İsrailin İrana hücumları zamanı Suriya hava sahəsinin və Türkiyədəki Malatya radar stansiyasının ABŞ vasitəsilə istifadəsinə baxmayaraq, Ankara yalnız kağız üzərində etirazla kifayətləndi. Daha sərt addım atmadı, çünki İran-İsrail münasibətlərində Tehranın mövqeyini də nəzərə almağa məcbur idi. Azərbaycan-İsrail əlaqələri də bu kontekstdə Türkiyənin diqqət yetirdiyi mühüm məsələdir. Ankara, Bakı ilə münasibətlərində tarazlığı qorumağa çalışır. İsrail əleyhinə mövqelər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilən bəyanatlarda da əksini tapır. Bu nöqtədə həm Türkiyə, həm də İran İsrailə qarşı sərt mövqe nümayiş etdirir. Bəzən ərəb, xüsusilə də Körfəz ölkələrinə bu məsələdə öncəlik etməyə çalışır. Lakin təşkilatların İsraili qınaması adətən yalnız kağız üzərində qalır, praktikada reallaşmır. Bununla yanaşı, Türkiyə ilə İran arasında sərhəd qonşuluğu, iqtisadi əməkdaşlıq və insanların qarşılıqlı ziyarətləri də mövcuddur. Xüsusilə iranlıların Türkiyənin şərq bölgələrinə alış-veriş məqsədilə gəlişi bu münasibətlərə müsbət təsir göstərir. Buna görə də Ankara əlaqələri müəyyən tarazlıqda saxlamağa çalışır".
Analitik əlavə edib ki, Türkiyə və İran arasında gərginlik də zaman-zaman açıq şəkildə ifadə olunur:
"Bəzən xarici işlər nazirləri və ya prezidentlərin çıxışlarında qarşı tərəf birbaşa hədəf alınır. Məsələn, Suriyada Cölani rejimi güclənərkən İranın xarici işlər naziri Ankarada verdiyi açıqlamada hadisələri “sionist oyunu” adlandırmış, buna dəstək verən ölkələrin sionizmə xidmət etdiyini bildirmişdi. Halbuki həmin vaxt Türkiyə Cölani və Suriyadakı proseslərə dəstək verirdi.
Nəticə etibarilə, Türkiyə ilə İran arasında münasibətlər əsrlərdir davam edən mürəkkəb qonşuluq üzərində qurulub. Tərəflər bu münasibətləri davam etdirməyə çalışsalar da, dərin və strukturlaşmış rəqabət hələ də qalmaqdadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya