Avropadan sərt qərar: Köçəryan və Ohanyan rəsmən cinayətkar kimi tanındı
11:06 18.09.2025
Cənubi Qafqaz
461
“Avropa İnsan Hüquqları Məhkəməsinin bu gün dərc olunan qərarı erməni cəmiyyətinin illərdir söylədiklərini təsdiqlədi:
2008-ci il 1 mart hadisələri zamanı dövlət öz vətəndaşlarının yaşamaq hüququnu pozub”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan deyib.
Partiya sədri bildirib ki, Avropa Məhkəməsi 1 mart qurbanlarının ölümünə görə dövlətin məsuliyyətini müəyyən edib:
“Bu hökm Ermənistan üçün həqiqətin bərpasıdır. Bəlli olur ki, dövlət nəinki vətəndaşların yaşamaq hüququnu pozub, həm də illər boyu həmin həqiqəti gizlətməyə çalışıb. Bu, təkcə hüquqi sənəd deyil: bu, hakimiyyəti saxlamaq üçün vətəndaşların qətlinə əl atan sistemə qarşı siyasi-mənəvi hökmdür.
Hansı ad altında və nə qədər gizlənməyə çalışsalar da, bu qərar birmənalı olaraq qətllərin siyasi qərarlarla şərtləndiyini göstərir. Həmin qərarların daşıyıcıları və sifarişçiləri Robert Köçəryan və Serj Sərkisyan olub. Onlar Konstitusiya quruluşunun pozulmasına və dövlətin zorakılıqla ələ keçirilməsinə görə məsuliyyət daşıyırlar”.
Babacanyan Köçəryan və Sərkisyanı “cəzasız qalmış cinayətkarlar” adlandırıb. Partiya rəhbəri Nikol Paşinyan hökumətini onlara qarşı sərt addımlar atmağa, bu cinayətkarları həbs etməyə çağırıb.
“Ermənistan diktatura kölgəsindən təmizlənməlidir. Köçəryanın, Sarkisyanın, onların siyasi irsinin artıq dövlətçiliyimizdə yeri yoxdur. Demokratiya müdafiə tələb edir və bu müdafiə məsuliyyətdən başlayır. Əmin olmalıyıq ki, bu ölkənin gələcəyi artıq cəzasızlıq və zorakılıq əsasında qurulmayacaq”, - Babacanyan vurğulayıb.
Xatırladaq ki, 1 mart hadisələri İrəvanda 2008-ci ildə baş vermiş siyasi etirazlara aiddir. 2008-ci ilin 19 fevralında Ermənistanda prezident seçkiləri keçirilib. Seçkilərdə Köçəryanın namizədi Sərkisyan qalib elan olunub. Müxalifət nəticələri saxtalaşdırılmış hesab edərək, İrəvanda kütləvi etiraz aksiyalarına başlayıb. Martın 1-də polis və ordu nümayişçilərə qarşı güc tətbiq edib. Toqquşmalar nəticəsində 10 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişi ilə Robert Köçəryan, sabiq müdafiə naziri Mikael Arutyunyan, sabiq müdafiə naziri Seyran Ohanyan və Müdafiə Nazirliyinin korpus komandiri Yuri Xaçaturova qarşı cinayət işi açılıb. Sərkisyanın adı da bu cinayət işində hallansa da, hələlik ona qarşı rəsmi ittiham irəli sürülməyib. Amma Paşinyan bu məsələdə onun da adını çəkib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət