
Sifarişli qərarlar: ABŞ Nümayəndələr Palatası erməni lobbisinin təsiri altındadır
08:47 19.09.2025
Aktual
550
Xarici Əlaqələr Komitəsinin düzəlişi sülh prosesinə zərbədir
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Azərbaycan əleyhinə təxribatçı düzəliş qəbul olunub. Bu barədə Amerika Erməniləri Milli Komitəsi (ANCA) məlumat yayıb. Söhbət ermənipərəst konqresmen Qabe Amonun rəhbərlik etdiyi və ANCA-nın dəstəyi ilə qəbul olunmuş "Dövlət Departamentinin mandatına düzəliş"dən gedir. Təxribatçı layihə Bakıda həbsdə olan erməniəsilli hərbi cinayətkarların sərbəst buraxılmasını, Azərbaycanın Qarabağ iqtisadi rayonundan könüllü getmiş ermənilərin qaytarılmasını və burada "erməni mədəni obyektlərinin qorunması"nı nəzərdə tutur. ABŞ Konqresinin Nümayəndələr Palatasının ermənipərəst üzvü Bred Şerman da bundan əvvəl ABŞ Beynəlxalq Maliyyə Korporasiyasının (IDFC) Türkiyə və Azərbaycana yardıma mane olmağı nəzərdə tutan düzəliş təqdim etmişdi.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, ABŞ Nümayəndələr Palatası erməni lobbisinin təsirindədir. Ekspert vurğulayıb ki, ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində erməni lobbisinin dəstəyi ilə Azərbaycan əleyhinə düzəliş qəbul olunması Prezident Donald Trampın siyasi xəttinə ziddir:

"Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması, ABŞ-nin prosesdə vasitəçi olması, Zəngəzur dəhlizinin açılmasının razılaşdırılması fonunda belə bir düzəlişin edilməsi Rusiyanın maraqlarına xidmət edir. Xarici əlaqələr komitəsində qəbul edilən düzəliş Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmaq mahiyyəti daşıyır. Ümumiyyətlə, bu düzəlişin Azərbaycan üçün heç bir siyasi və hüquqi qüvvəsi yoxdur. Bu, Azərbaycanın daxili işinə qarışmaqdır. Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan köçən ermənilərin geri dönüşünün mümkün olmadığını və onlara Ermənistan vətəndaşlığı veriləcəyini qeyd edib. Separatçı "liderlərin" həbsi isə Azərbaycanın daxili işidir. ABŞ Nümayəndələr palatası hüquqi ədalət axtarırsa, İsrailin Qəzzada həyata keçirdiyi humanitar böhranla bağlı qərar qəbul etməlidir. Nümayəndələr Palatası sifarişlə qərarlar qəbul edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət