Azərbaycan və Türkiyə arasında əməkdaşlıq imkanları müzakirə olunub
08:46 04.10.2025
Elm və Təhsil
506
Azərbaycan və Türkiyə arasında elmi, mədəni və informasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu ilə Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşü zamanı söhbət aparılıb.
Hüseyn Hüseynov MEK-lə yaxından tanış olan qonağa kitabxananın tarixi inkişafı, zəngin fondları, oxucular üçün yaradılan müasir şərait və son illərdə həyata keçirilən innovativ layihələr barədə məlumat verib. O, kitabxana xidmətlərinin rəqəmsallaşdırılması, elektron bazaların genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Ayhan Tuğlu isə rəhbərlik etdiyi kitabxananın fəaliyyəti, Türkiyədə kitabxana-informasiya işinin təşkili və tətbiq olunan yeni texnologiyalar barədə danışıb. O, Azərbaycan və Türkiyə kitabxanaları arasında birgə layihələrin, sərgilərin və elmi konfransların keçirilməsinin hər iki ölkənin mədəni əməkdaşlığına töhfə verəcəyini vurğulayıb.
Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı təkliflər irəli sürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual