
TRİPP layihəsi işə düşür: Sülh geriyədönməz hal alıb
Yusif Nəzərli
05:04 17.10.2025
Aktual
661
Moskva müəyyən təxribatlarla prosesi sadəcə yubada bilər, birmənalı qarşısını ala bilməz
"Azərbaycan Kartoqrafları" İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib. Xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr - yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib. Xəritədə həmçinin Araz dəhlizi öz əksini tapıb. Kartoqrafik əsər Azərbaycan və ingilis dillərindədir. Ermənistan Baş naziri Nikol Paşinyan da bildirib ki, hazırda TRIPP-in (Zəngəzur dəhlizi) məzmunlu mətni üzərində iş gedir, layihənin məzmunu generasiya olunur. Baş nazirin sözlərinə görə, ümumilikdə qarşılıqlı təmaslar və sülhün institutsionallaşdırılması istiqamətində görülən işlərdən məmnundur: "Masada elementlər var və onları bir vərəqdə tamamlamalıyıq. Başqa sözlə, birinci layihə qəbul edilməlidir, ikinci, üçüncü və sair... Məsələ məntiqi növbəti mərhələyə keçməlidir. Amma bir daha demək istəyirəm: istənilən həll yolu Vaşinqton sülh bəyannaməsində qeyd olunan sərhədlərdən kənara çıxa bilməz. Ermənistan ərazisində “Sülh qovşağı” və ya TRIPP-dən başqa heç bir layihə yoxdur". Erməni politoloq Alen Qevondyan isə deyib ki, Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı ritorikası parlament seçkilərindən sonra dəyişəcək. Qevondyan Paşinyanın Zəngəzur dəhlizi ifadəsinə qarşı əsəbi reaksiyasını seçkilərə hazırlıqla əlaqələndirib: "2026-cı il seçkilərindən sonra onun ritorikası kəskin şəkildə dəyişəcək. O bəyan edəcək ki, kimin idarə etməsinin heç bir fərqi yoxdur, əsas odur, ticarət inkişaf etsin".
Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Sherg.az-a deyib ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə, sülh sənədinin paraflanması, regionda sabitliyin təmin olunması ilə yanaşı, Zəngəzur dəhlizinin reallaşması yönündə də qərarlar alınıb. Partiya rəhbəri vurğulayıb ki, Zəngəzur dəhlizi məsələsi regionda sabitliyin əldə edilməsi üçün mühümdür:

"Hazırda Zəngəzur dəhlizinə nəzarət uğrunda dünyanın müxtəlif super gücləri, region qüvvələri arasında mübarizə gedir. Çinin, Rusiyanın, Avropa Birliyinin, ABŞ-nin və başqa dövlətlərin Cənubi Qafqazda maraqları olması bəllidir. Burada söhbət həm iqtisadi mənfəətdən, həm də siyasi nəzarətdən gedir. Ona görə də dövlətlər bu fürsəti əldən vermək istəmirlər. Donald Trampın bəyanatından aydın oldu ki, ABŞ rəhbəri Zəngəzur dəhlizinin Amerika şirkətinə həvalə edilməsinə tərəfdardır. Amerika şirkəti layihənin tamamlanması üçün 149 milyon dollar vəsait qoyacaq. Tikintini həyata keçirən şirkət eyni zamanda dəhlizə nəzarət funksiyasını icra edəcək. Ermənistan tərəfi Zəngəzur dəhlizini "TRİPP layihəsi" adlandırır".
M.Rəhimov qeyd edib ki, Rusiya ABŞ-nin Zəngəzur dəhlizinə nəzarət etməsinə qətiyyən razı deyil:
"Moskva cənub sərhədində ABŞ-nin mövqe tutmasının tamamilə əleyhinədir. Rusiya Ukrayna ilə müharibəyə ona görə başlamışdı ki, NATO-nu "qulağının dibində" görmək istəmirdi. İndi Rusiyanın cənub sərhədi yaxınlığında ABŞ hərbçilərinin olması Moskvanı ciddi narahat edir. Ona görə son günlər, xüsusən ATƏT sədrinin bölgəyə səfərindən sonra rus rəsmilərindən davamlı açıqlamalar gəlməkdədir. Rusiya Azərbaycan-Ermənistan sülh prosesində yer almaq üçün ciddi cəhd göstərir, sazişin imzalanması üçün meydan təklif edir və s. Ancaq proses geriyə dönməz hal alıb. Moskva müəyyən təxribatlarla prosesi sadəcə yubada bilər, birmənalı qarşısını ala bilməz. TRİPP layihəsi çərçivəsində işlərə start verilib, müəyyən razılaşmalar var və onların reallaşması zaman məsələsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol