Dietoloq: Səhər yeməyi beynin yanacağıdır
Yusif Nəzərli
05:43 17.10.2025
Sağlamlıq
606
Həkim diqqət dağınıqlığı və enerji çatışmazlığının səbəbini göstərdi
“Formada qalmaq istəyənlər səhv yoldadır. Səhər yeməyindən imtina bədəni müdafiəsiz qoyur”
Ningşia Tibb Universitetinin (Çin) alimləri müəyyən ediblər ki, müntəzəm olaraq səhər yeməyindən imtina etmək metabolik sindromun yaranma riskini artırır. Bu sindrom piylənmə, yüksək təzyiq, qanda şəkər və xolesterin səviyyəsinin artması kimi bir sıra pozuntuları əhatə edir. Tədqiqatın nəticələri “Nutrients” jurnalında dərc olunub.
Araşdırmaya on minlərlə insanın iştirak etdiyi doqquz elmi işin məlumatları daxil edilib. Analiz göstərib ki, səhər yeməmək metabolik sindromun yaranma ehtimalını 10–26 faiz artırır. Ən güclü əlaqələr qarın boşluğunda piy toplanması (abdominal piylənmə) və qanda artıq qlükoza ilə müşahidə olunub. Alimlərin fikrincə, səhər yeməyi metabolizmin sabitliyini qorumağa kömək edir. Əvvəlki araşdırmalar da göstərib ki, səhər yeməyi yeyən insanlar gün ərzində qida qəbulunu daha yaxşı idarə edir və duzlu, şəkərli, yağlı qidalara meyilləri azalır.
Yerli mütəxəssislərimiz də qeyd edib ki, səhər yeməyi insanın iş qabiliyyətini 30 faiz artırır, diqqəti və yaddaşı yaxşılaşdırır. Günümüzə sağlam və gümrah başlamaq üçün səhər yeməyi mütləqdir. Elə atalarımız da səhər yeməyinin insan orqanizmi üçün faydalı olduğunu tövsiyə edib: "Səhər yeməyini bərkit, günortanı ləngit, axşamı isə tərgit".
Bütün bunlara rəğmən bir çoxları səhər qida qəbulundan imtina edirlər. Bunun müxtəlif səbəbləri var. Başlıca səbəblərdən biri iştahasızlıqdır ki, bu zaman insan balaca bir tikəni belə udmağa özünü məcbur edə bilmir. Bəziləri hətta səhər hiss olunan ürək bulantılarından da şikayət edirlər. Bu da insanı yemək fikrindən daşındırır.
Dietoloq Nərgiz Nəzərova da səhərlər qida qəbul etməyin insan sağlamlığına və həyat tərzinə ciddi şəkildə təsiri olduğunu deyib. O, Sherg.az-a bildirib ki, insanların səhər yeməyindən imtina etməsi sadəcə iştahsızlıq və ürəkbulanma ilə əlaqəli deyil:
"Bəzi insanlar formada qalmaq üçün səhər qida qəbul etmək istəmir. Halbuki bu yanaşma qətiyyən həqiqətə uyğun deyil. Çünki səhər yeməyi yeməmək metabolizmi işə salmamaq deməkdir. Gün ərzində qidalar vasitəsilə enerji depolamalıyıq ki, iş fəaliyyətində həmin enerjini sərf edək. Bu enerjinin başlıca qaynağı elə səhər yeməyidir. İnsan orqanizmi qidalardan özünümüdafiə bacarığı üçün lazım olan maddələr alır ki, bu maddələr insanı xəstəliklərə, viruslara, iltihabi xəstəliklər törədən bakteriyalara qarşı qoruyur. Tərkibində "B" və "C" qrupu olan qidalar bu xəstəliklərə qarşı ən yaxşı müdafiə vasitəsidir".
Həkimin sözlərinə görə, insanların səhər yeməyindən imtina etməsinin digər səbəbi tənbəlliklə bağlıdır. Onlar zamanlarının çox hissəsini yatmağa və işləməyə sərf edir, buna görə də düzgün və rejimlə qidalanmağa zaman ayırmırlar:
"Vaxtının az olması səbəbilə də insanlar yüngül və tez hazırlanan, yaxud da hazır formada olan qidalara üstünlük verirlər. Bu cür qidalar isə heç də sağlam qida hesab edilmir".
Dietoloqun dediyinə görə, günümüzdə çox sürətlə yayılan və bir çox müalicəsiz xəstəliklərə səbəb olan piylənmə xəstəliyinin qarşısını almaq üçün mütləq və mütləq səhər yeməyi yeyilməlidir:
“Gecə boyu bədən istirahət etdiyindən və metabolik proseslər nisbətən yavaşladığından, səhər oyanarkən enerji balansını bərpa etmək vacibdir. Məhz səhər yeməyi bu prosesin təbii şəkildə aktivləşməsinə kömək edir və metabolizmin sabit fəaliyyətini təmin edir. Səhər yeməyi qəbul edən insanların gün ərzində iştahı daha yaxşı tənzimlənir, qəfil aclıq hissi yaranmır və bu da qeyri-sağlam, duzlu, yağlı və şəkərli qidalara meyli azaldır. Səhər yeməyindən imtina edənlərdə isə enerji çatışmazlığı, diqqət dağınıqlığı və günün ikinci yarısında artıq kalori qəbul etmə riski artır. Sağlam səhər yeməyi tərkibində zülal, mürəkkəb karbohidratlar və vitamin-minerallarla zəngin meyvə və tərəvəzlərin olması tövsiyə olunur. Bu balanslı yanaşma həm enerjini artırır, həm də maddələr mübadiləsini gün boyu aktiv saxlayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol