Belçikada 5,6 milyardlıq fiasko: F-35-lərdən istifadə edə bilmir
18:08 27.10.2025
Dünya
356
Belçikanın ABŞ-dən aldığı F-35 tipli müasir döyüş təyyarələrinin ilk partiyası ölkəyə çatıb, lakin ortaya çıxan problem ölkədə gülüş və çaşqınlıq yaradıb: bu təyyarələr Belçikanın hava məkanında uça bilmir.
Axar.az xəbər verir ki, “Le Parisien” və “Le Vif” qəzetlərinin yazdığına görə, təhvil mərasimindən az sonra ordu və hökumət başa düşüb ki, ölkənin məhdud hava məkanı bu təyyarələrin uçuş və təlimləri üçün yararsızdır. Təyyarələr var, amma uçuş yeri yoxdur.
Belçikanın hava qüvvələri illərdir oxşar problemlə üz-üzədir: kiçik əraziyə və sıx hava məkanına malik ölkədə hərbi təyyarələr üçün təlim zonaları çatışmır. İndi isə, milyardlarla avro dəyərində alınan yeni nəsil təyyarələrin belə praktiki istifadəsi mümkün deyil.
Bu vəziyyət Belçikanın müdafiə ambisiyalarına ciddi zərbə vurub. Müdafiə naziri Teo Franken vəziyyətdən çıxış yolu tapmaq üçün Niderland, Norveç və İtaliya ilə danışıqlara başlayıb. Məqsəd Belçika pilotlarının bu ölkələrin hava məkanında məşq etməsinə icazə almaqdır.
Qeyd edək ki, Belçika hökuməti 2018-ci ildə ABŞ-dən 34 ədəd F-35 qırıcısı sifariş etmişdi. Müqavilənin ümumi dəyəri 5,6 milyard avro təşkil edir. Beşinci nəsil bu təyyarələr dünyanın ən qabaqcıl hərbi texnologiyalarından biri hesab olunur. İlk təyyarələr artıq təhvil verilib və rəsmi mərasimdə Belçika kralı şəxsən iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya