Prezident Sabirabadda aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub
Yusif Nəzərli
07:13 28.10.2025
Rəsmi
877
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində “Humix” MMC-nin aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
Sherg.az xəbər verir ki, “Humix” MMC-yə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Müəssisədə orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur. Türkiyə, Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı, ixrac da ediləcək. Müəssisədə 16 nəfər daimi işlə təmin olunub.
Qeyd edək ki, investisiya məbləği 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kredit ayrılıb, investisiya təşviqi sənədi verilib.
Xəbər lenti
Hamısına bax
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm