Cəbhədə vəziyyət: Ukrayna üç kəndi geri aldı, Rusiya şəhəri mühasirəyə alır
08:18 28.10.2025
Dünya
355
Rusiya ordusu Ukraynanın şərqində hücumlarını gücləndirərək, səylərini Donetsk vilayətinin strateji şəhəri Pokrovska yönəldib.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşr yazıb ki, aylarla ləng irəliləyişdən sonra Rusiya bölmələri şəhər ərazisinə daxil olub, Ukrayna qüvvələri onların irəliləyişinin qarşısını almaq üçün şiddətli döyüşlər aparır.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bundan öncə təxminən 5500 Ukrayna hərbçisinin Pokrovsk yaxınlığında mühasirəyə alındığını açıqlayıb. Amma Ukrayna Prezidenti Volodimir Zelenski Pokrovskda vəziyyətin çox çətin olduğunu etiraf etsə də, Gerasimovun iddiasını “tamamilə yalan” adlandırıb.
Hərbi analitik Kostyantin Maşovets nəşrə deyib ki, hələlik Ukrayna bölmələrinin tam mühasirəyə alınmasından danışmağa əsas yoxdur: “Amma təhlükə kifayət qədər realdır, düşmən əsas istehkamlardan yan keçərək cinahlardan şəhərə nüfuz edən kiçik qruplardan istifadə edir”.
Analitikin sözlərinə görə, 3-5 nəfərlik rus piyada qrupları şəhərin cənub hissəsində fəal şəkildə hərəkət edir, müdafiədə xaos yaradır, Ukrayna qoşunlarının diqqətini yayındırır.
Pokrovskdan əlavə, Rusiya qüvvələri Donetsk bölgəsində yerləşən Liman və Kostyantinivkada da irəliləyir.
Həmçinin “DeepState” monitorinq qrupu bildirib ki, Ukrayna ordusu avqustda Rusiyanın qəfil hücumundan sonra itirilən Pokrovskdan şimalda üç kəndi geri alıb. Əvəzində Rusiya qoşunları Kupyanskda (Xarkov vilayəti) şəhərin mərkəzi rayonlarına, cənubda isə Dnepropetrovsk vilayətinin bəzi ərazilərinə doğru irəliləyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm