Tehranın yox, Bakının verdiyi dəhlizi seçdik - Papoyan
09:04 28.10.2025
Cənubi Qafqaz
374
“Uzun müddət danışıqlar aparırdıq ki, Qazaxıstandan buğda əldə etmək imkanı olsun, amma bu kifayət qədər bahaydı - 280 dollar və daha çox, çünki nəqliyyat xərcləri çox böyük idi. Yeni dəhliz vasitəsilə isə qiymət xeyli ucuzlaşır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
Nazir deyib ki, yeni dəhliz vasitəsilə yol xərci ucuzlaşır, bunun üçün iki yol var idi - Aktau-Ənzəli (İran) və Aktau-Bakı (Azərbaycan):
“Ənzəli daha uzaqdır. Əvvəlcə dənizlə Ənzəliyə, sonra quru yolu ilə İran ərazisindən keçərək Mehriyə çatır, Mehridən də İrəvana. Təxminən bizim Sünik vilayəti kimi, İranın həmin hissəsi də dağlıq, mürəkkəb relyefə malikdir və əlaqə çətindir. Azərbaycanın ərazisi vasitəsilə isə dəmir yolu var və yol çox daha qısadır.
Hesab edirəm ki, Qazax-İcevan dəmir yolu da olarsa, bu zaman nəqliyyat əlaqəsinin cəlbediciliyi daha da artacaq. Əgər diqqət etsəniz, Rusiya da bildirib ki, bu yol onun üçün də açıqdır və bu da maraqlıdır. Nəticədə, Ermənistana Rusiyadan olan ənənəvi 1 yolumuz 2-yə çevrilir”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb. Bundan sonra Ermənistanın Qazaxıstandan aldığı taxılın Azərbaycan vasitəsilə daşınacağı bəyan edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm