
Professor: ÜST-nin yeni təlimatı itkiləri minimuma endirəcək
Yusif Nəzərli
08:00 29.10.2025
Sağlamlıq
590
Pandemiyadan sonra fövqəladə hallar üçün səhiyyə prioritet oldu
Adil Qeybulla: “Yeni təlimat Azərbaycanda sağlamlıq böhranlarına hazırlığın yol xəritəsidir”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrin sağlamlıqla bağlı fövqəladə hallarına daha effektiv cavab verməsi üçün yeni bələdçi sənəd – “Milli Sağlamlıq Fövqəladə Hallarının Koordinasiyası üzrə Təlimat”ı təqdim edib.
Yeni təlimat iqlim dəyişiklikləri, urbanizasiya, müharibələr və sürətli qlobal hərəkətlilik kimi amillərin yaratdığı sağlamlıq böhranlarına hazırlığı gücləndirməyi hədəfləyir. ÜST-nin məlumatına görə, sənədin əsas məqsədi dövlət qurumları, səhiyyə strukturları və yerli icmalar arasında koordinasiyanı yaxşılaşdırmaqdır.
Təlimatda fövqəladə halın bütün mərhələləri – aşkarlama, məlumatlandırma, risk qiymətləndirilməsi, icra və monitorinq – sistemli şəkildə təsvir olunub. Burada “7-1-7” prinsipi də vurğulanır: xəstəliyin 7 gün ərzində aşkarlanması, 1 gün ərzində bildirişi və 7 gün ərzində ilkin cavabın həyata keçirilməsi.
ÜST bildirir ki, bu təlimat ölkələrə istənilən miqyasda sağlamlıq təhdidlərinə daha operativ və koordinasiyalı reaksiya vermə imkanı yaradacaq.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi yeni “Milli Sağlamlıq Fövqəladə Hallarının Koordinasiyası üzrə Təlimat” sənədi qlobal miqyasda olduğu kimi, Azərbaycan üçün də aktual və əhəmiyyətlidir. Son illər iqlim dəyişiklikləri, urbanizasiya proseslərinin sürətlənməsi, əhalinin miqrasiyası və regionda baş verən münaqişələr kimi amillər ölkəmizdə də sağlamlıq təhlükələrinin operativ idarə edilməsini zəruri edib.
Azərbaycan artıq bir neçə beynəlxalq səhiyyə təşəbbüslərinə qoşulub və ÜST-nin bu yeni bələdçisi həmin istiqamətdə görülən işləri sistemləşdirmək baxımından mühüm rol oynayacaq.
Professor Adil Qeybulla Sherg.az-a açıqlamasında bildirib ki, ÜST-nin yeni təlimatının yerli səhiyyə sisteminə inteqrasiyası gələcəkdə hər hansı epidemiya və ya fövqəladə hal zamanı itkilərin minimuma endirilməsinə şərait yaradacaq:

“Azərbaycanda bu istiqamətdə hazırlıq prosesi artıq bir neçə ildir ki, mərhələli şəkildə həyata keçirilir. Xüsusilə pandemiya dövründən sonra səhiyyə sisteminin fövqəladə hallara cavabvermə imkanlarının gücləndirilməsi dövlət səviyyəsində prioritet istiqamətə çevrilib.
Hazırda ölkədə ÜST-lə birgə biotəhlükəsizlik və epidemioloji nəzarət sistemlərinin modernləşdirilməsi, laborator şəbəkənin rəqəmsallaşdırılması və erkən xəbərdarlıq mexanizmlərinin qurulması istiqamətində layihələr icra olunur.
Məqsəd hər hansı sağlamlıq böhranı zamanı cavab tədbirlərinin koordinasiyasını gücləndirmək və vaxt itkisinin qarşısını almaqdır.
Ancaq onu da demək lazımdır ki, bu sahədə hələ də təkmilləşdirilməli istiqamətlər var. Ölkəmizdə təlimatın nəzərdə tutduğu koordinasiyalı yanaşmanın tam tətbiqi üçün yerli icmalar və səhiyyə qurumları arasında daha sıx əlaqələndirməyə ehtiyac var. Xüsusilə, ictimai məlumatlandırma və təcili cavab mexanizmlərinin regionlarda da eyni səviyyədə işləməsi vacibdir.
Nəticə etibarilə, ÜST-nin yeni təlimatı Azərbaycanda sağlamlıq fövqəladə hallarına hazırlığı daha da sistemli və operativ etmək üçün bir yol xəritəsi rolunu oynaya bilər. Bunun effektiv tətbiqi, həm dövlət qurumlarının, həm də ictimaiyyətin təhdidlərə qarşı daha hazırlıqlı olmasını təmin edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi