Hər şeyi planlaşdırmaq, səhvlərdən qaçmaq və ətrafdakı insanların hərəkətlərinə nəzarət etmək istəyi narahatlıq və emosional tükənmə riskini artıra bilər.
Sherg.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi, psixoterapevt İrina Kraşkina “Lenta.ru”ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, daimi gərginlik, özünü sərt tənqid etmək və rahatlaşa bilməmək narahatlıq, depressiya, yuxu pozuntuları və psixosomatik simptomların yaranma riskini artırır. Belə vəziyyətdə orqanizm sanki daim təhlükə altındaymış kimi fəaliyyət göstərir.
Kraşkina qeyd edib ki, həddindən artıq nəzarət yalnız hər şeyi planlaşdırmaqla məhdudlaşmır. Bu hal mesaj və sənədləri dəfələrlə yoxlamaq, səhv etməkdən qorxmaq, özündən mükəmməl nəticə tələb etmək və tapşırıqları başqalarına həvalə edə bilməmək şəklində də özünü göstərir.
Psixoterapevtin fikrincə, bu davranış ünsiyyətə də mənfi təsir edir. Hər şeyi nəzarətdə saxlamağa çalışan insanlar yaxınlarını məişət işləri, yemək hazırlamaq və maliyyə qərarlarına görə tənqid edə, öz standartlarına uyğun davranmalarını tələb edə bilərlər. Nəticədə ailə üzvləri və həmkarlar təzyiq hiss edir, əsəbiləşir və həmin şəxsdən uzaqlaşmağa başlayırlar.
Qeyd edək ki, psixoloq Şelıqanova daha əvvəl narahatlığın öhdəsindən gəlmək üçün real faktlarla insanın öz ehtimallarını bir-birindən ayırmağın vacibliyini vurğulayıb.