Sürətli yeriyənlərə CƏRİMƏ GƏLƏCƏK
12:30 30.10.2025
Hadisə
633
Bu ölkədə avtobusa qaçmaq belə artıq cinayətdir!
Slovakiya, səkilərdə yerimə sürətinə məhdudiyyət qoyaraq dünyada bir ilkə imza atıb. 2026-cı ildən etibarən bu qaydanı pozanlara cərimə tətbiq olunacaq.
Sherg.az xəbər verir ki, Slovakiya, səkilərdə baş verən qəzaların qarşısını almaq üçün qeyri-adi bir addım atıb. Ölkədə 1 yanvar 2026-cı ildən şəhər daxilində səkilərdə saatda 6 kilometrdən artıq sürətlə yerimək, sürüşmək və ya hərəkət etmək qadağan ediləcək.
“Politico” nəşrinin məlumatına görə, Slovakiya Parlamentində qəbul edilən yeni yol hərəkəti qanununa əsasən, piyadalar, velosipedçilər, konkisürənlər və elektrikli skuterlər artıq 6 km/saat sürət həddini keçə bilməyəcəklər. Qanunun məqsədi, xüsusilə son illərdə artan skuter qəzalarının qarşısını almaqdır.
Layihəni hazırlayan Baş nazir Robert Ficonun rəhbərlik etdiyi Smer Partiyasının deputatı Lubomir Vazni bildirib:
“Səkilərdə təhlükəsizliyi artırmaq istəyirik. Bu qanun bir şəxsin icazə verilən sürət həddini aşdığını obyektiv şəkildə müəyyənləşdirməyi asanlaşdıracaq.”
Qanun 2026-cı ilin əvvəlində qüvvəyə minəcək, lakin onun necə nəzarətdə saxlanılacağı hələlik dəqiqləşdirilməyib.
“Bir çox insan qaydanı poza bilər”
Mütəxəssislərin fikrincə, orta yerimə sürəti saatda 4-5 km-dir. Britaniya Ürək Fondunun məlumatına görə, 6,4 km/saat sürət “yaxşı fiziki formada olan insan üçün orta templə yerimə” sayılır. Bu isə yeni qanunun bir çox sürətli yeriyən şəxsi potensial “qayda pozucusu” vəziyyətinə sala biləcəyi deməkdir.
“Avtobusa qaçsaq, cərimə olunacağıq?”
Qanun sosial mediada qısa zamanda zarafat mövzusuna çevrilib. İstifadəçilər arasında “Avtobusa çatmaq üçün qaçsaq, nə olacaq?”, “Polis radar quraşdıracaqmı?” kimi paylaşımlar edilib. Bəziləri isə bu qərarı “Avropanın ən absurd qanunu” adlandırıb.
Müxalifət və bəzi dövlət qurumları da qərarı kəskin tənqid edib. Daxili İşlər Nazirliyi ümumi sürət limiti tətbiq etmək əvəzinə, elektrikli skuterlərin səkilərdə hərəkətinin tam qadağan edilməsini daha məntiqli sayır.
“Velosiped yolları inşaa olunsun”
“İrəliçi Slovakiya” Partiyasının deputatı Martin Pekar isə belə deyib:
“Piyadalar avtomobillər səbəbindən təhlükə altındadır, skuterlər və velosipedlər səbəbindən yox. Bu qanun dayanıqlı nəqliyyatı cəzalandırır. Üstəlik, velosipedçinin 6 km sürətlə balans saxlaması demək olar ki, mümkünsüzdür.”
Deputat hesab edir ki, qəzaların qarşısını almağın yolu “absurd qanunlar” deyil, daha çox təhlükəsiz velosiped yollarının inşasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya